Türkiyənin taxıl müqaviləsi ilə bağlı mövqeyi məlum oldu
Türkiyə Qara Dəniz Taxıl Təşəbbüsünə alternativlərlə bağlı heç bir danışıqlar aparmır.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti- yə Ankaradakı diplomatik mənbə bildirib.
O vurğulayıb ki, bu cür imkanlarla bağlı müzakirələrin lap əvvəlində Türkiyə dərhal qeyd edib ki, hər iki tərəfin iştirak etməməsi risklər daşıyır.
“Müxtəlif versiyalar müzakirə olunub. Biz ilk gündən dedik ki, sövdələşmədə bütün tərəflərin iştirak etmədiyi alternativ yollar risklidir”, - mənbə bildirib.
O qeyd edib ki, Türkiyə tərəfinin məqsədi bu təşəbbüsü bərpa etməkdir, lakin “indiki şəraitdə bu, çox çətindir”.
Bundan əvvəl Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bəyan etmişdi ki, Kiyev əvvəlki taxıl müqaviləsinə alternativ format tapmaq üçün “müəyyən danışıqlar aparır”.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş isə etiraf edib ki, artıq taxıl müqaviləsini bərpa etməyin mənası yoxdur.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay