ÜST rəhbəri: "X xəstəliyi"nin alovlanmasına hazır olmaq lazımdır"
"X xəstəliyi" termini çoxdan mövcuddur, bu və ya digər şəkildə baş verəcək yeni bir xəstəliyin alovlanmasına hazır olmaq lazımdır".
Valyuta.az xəvbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.
"X xəstəliyi" termininə çox diqqət yetirilir... Amma bu yeni deyil, biz bu termini ilk dəfə 2018-ci ildə istifadə etmişik... Ortaya çıxa biləcək naməlum xəstəliklər var, söhbət "nə vaxt" məsələsidir", deyə o, Davosda keçirilən forumda bildirib.
"X xəstəliyinə hazırlıq" mövzusunda panel iştirakçıları gələcək pandemiyaya hazırlaşmaq üçün səylərin səfərbər edilməsi, habelə səhiyyə sistemlərinin yeni xəstəliyin yenidən dirçəlməsinə hazır olmasını təmin etmək üçün qlobal təşəbbüslərə sərmayə qoyulması zərurətini müzakirə ediblər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay