Sığorta
11.01.2024 / 16:53
"AtaSığorta"nın rəhbərliyinə yeni təyinat olub
40267
"AtaSığorta" şirkətinin rəhbərliyinə yeni təyinat olub.
Valyuta.az xəbər verir ki, bu barədə sığorta şirkətindən bildirilib. Məlumata görə, Orxan Qalib oğlu Məmmədov sığorta şirkətinin İdarə Heyəti sədrinin müavini təyin edilib. Qeyd edək ki, Orxan Məmmədov 2022-ci ildən "AtaSığorta" şirkətinin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "Ata Holdinq" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100 % adıçəkilən holdinqə məxsusdur.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay