Dünyanın avtonom şəkildə işləyən ilk yol təmir robotu sınaqdan keçirilir
İngiltərənin Hertfordşir şəhərində dünyanın ilk süni intellektlə dəstəklənən yol təmiri maşını sınaqdan keçirilib.
Valyuta.az xəbər verir ki, ARRES (Autonomous Road Repair System) PREVENT adlanan robot çatları və çuxurları avtomatik aşkar etmək və doldurmaq üçün süni intellektdən istifadə edir. Sınağın uğurlu olacağı təqdirdə, robotun çatları böyümədən tez bir zamanda düzəldəcəyi bildirilir. Həmçinin bunun, yol işlərini insanlara nisbətən daha ucuz, səmərəli və sürətli edə biləcəyi qeyd olunub.
Robotun Liverpul Universitetinin alimləri, "Robotiz3d" texnologiya şirkəti və "Hertfordshire County Council (HCC) Highways Engineers" arasında əməkdaşlıq çərçivəsində hazırlandığı bildirilib. İnkişafına 2020-ci ildə başlanan robot hazırda dünyanın hər yerində yeganə avtonom yol təmiri vasitəsidir. Robot hazırda yalnız ilkin sınaq mərhələsində olsa da, bu ilin sonunda onun real yollarda çalışması gözlənilir. Süni intellektlə dəstəklənən bu robot sınaq mərhələsini uğurla başa vurarsa, Hertfordşir küçələrində zədələri tapmaq və təmir etmək üçün yollara buraxılacaq. Hertfordshire County Şurasının sözçüsü verdiyi açıqlamada robotların şuranın mövcud insan qruplarına kömək edəcəyini söylədi.
Robot avtonom şəkildə yollarda patrul gəzintisinə çıxmaqla və səthi kameralarla skan etməklə işləyir. Daha sonra süni intellektin köməyi ilə yol səthindəki çökəklikləri aşkarlayaraq onları çuxur və ya çat kimi təsnif edə bilir. Robot asfaltın zədələnməsini aşkarlayarsa, onu dərhal təmir edə və ya sonradan yoxlama üçün zədələri siyahıya əlavə edə bilər. Yolu təmir etmək qərarına gələcəyi təqdirdə zədələnmə potensialı yüksək olan yerlərin təhlükəsizliyi üçün çata doldurucu material vuracaq. Bununla belə, robot daha böyük çuxurları doldura bilməsə də, "Robotiz3d" deyir ki, məqsədi ilk növbədə bu çuxurların əmələ gəlməsinin qarşısını almaq olacaq.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay