Dörd kilometr yüksəklikdən yerə düşən "İPhone" işlək vəziyyətdə tapıldı
Bir neçə gün əvvəl Alyaska Hava Yollarına məxsus "Boeing 737-Max 9" təyyarəsi 16 min fut (4800 metr) yüksəklikdə uçuş zamanı təcili çıxış qapısının partlaması səbəbindən Portlenddə təcili eniş etmək məcburiyyətində qaldı.
Valyuta.az xəbər verir ki, partlayışdan sonra təyyarədən düşən "iPhone" cihazı heç bir sınığı olmadan işlək vəziyyətdə tapılıb. Cihazı tapan Seanatan Beyts adlı ABŞ vətəndaşı səlahiyyətlilərə zəng edib və bu cihazın təyyarədən düşən ikinci telefon olduğu öyrənilib.
Beyts "FOX 12"yə verdiyi müsahibədə təyyarənin parçalarının Portlanddakı "Sunset Transit Center"in ətrafına səpələndiyini və gəzinti zamanı "iPhone" cihazına rast gəldiyini bildirib. O, açıqlamasında, "Gözlərim açıq gəzdim, sonra yolun kənarına düşən bir telefon gördüm. Əlimi kolların arasına uzadıb onu götürdüm. Götürəndə telefon təyyarə rejimində idi və batareyasının şarjı bitməmişdi. Ekranı açanda "Alyaska üçün baqaj iddiası var idi" yazılmışdı" - dedi.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay