81 il əvvəl göndərilən məktub ünvanına çatdı
1943-cü ildə ABŞ-ın İllinoys ştatında yaşayan cütlüyə göndərilən məktub, nəhayət, poçt şöbəsində göstərilən ünvana çatıb.
Valyuta.az xəbər verir ki, De Kalb bölgəsindəki poçt şöbəsindən məktubda adları olan Luis və Lavena Corcun qohumlarına zəng edilib. Çünki hər iki şəxs artıq həyatda yoxdur.
Poçt işçisi cütlüyün Oreqon ştatının Portlend şəhərində yaşayan qızı Qreys Salazarın yanına gəldikdən sonra, o, bacısı Canet Corca da xəbər verib. "WIFR-TV"yə danışan Corc açıqlamasında, "Keçmişdən gələn bir mesaj olduqca inanılmazdır. Hamı “Aman Allahım!” dedi. Çox təəccübləndik. Uşağı itirmək hər zaman dəhşətlidir. Bu mövzu məni emosional vəziyyətə saldı. Mən anadan olana qədər valideynlərimin kədəri və ailəmin yaşadığı itkilərlə əlaqə saxladım" - sözlərini söyləyib.
Corc məktubun ondan əvvəl doğulmuş və kistik fibrozdan ölən böyük bacısı ilə bağlı valideynlərinə göndərildiyini bildirdi. Onun sözlərinə görə, başsağlığı mesajı Corc ailəsinin qohumundan gəlib.
Məktub sahiblərinə zəng edən poçt işçisi bildirib ki, zərfdə küçənin adı yox, evin nömrəsi yazıldığından ünvanına çatmayıb. Poçtalyon adının gizli qalmasını xahiş edib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay