
03.01.2024 / 22:50
Bu ölkə xaricilər üçün turizm rüsumunu ləğv edir
39818
Yanvarın 9-dan etibarən Qazaxıstanda xarici səyahətçilər üçün turizm rüsumu ləğv ediləcək.
APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu barədə Qazaxıstanın Turizm və İdman Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Qazaxıstanda ötən ildən bəri əcnəbilərə bu ölkədə qaldıqları hər gün üçün tətbiq edilən xüsusi rüsum qüvvədə idi.
Ötən həftə isə, Qazaxıstanın Turizm və İdman Nazirliyi bu rüsumun xarici turistlər üçün narahatlıq yaratdığını bildirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay