İş üçün yaşadığın yeri dəyişdirərsən?
Bəzən iş müsahibələrində belə bir sual verilir: İş üçün yaşadığın yeri dəyişdirərsən? Uzun illər yaşadığınız evdən və ya mühitdən köçmək insana böyük psixoloji təsir göstərir. Bəs müsahibədə sizə bu barədə sual verilsə, necə cavab verməlisiniz?
Bir çox şirkətlər üçün yerdəyişmə sualı tipik bir iş müsahibə sualıdır. Müsahibə zamanı namizədə verilən bu sual bəzən bütün razılaşmanı poza, bəzən də müsahibənin müsbət nəticəsinə təsir edə bilər. Müsahibə edilən vəzifə üçün namizədin yaşadığı yeri dəyişməsi zəruri olmasa da, işəgötürənlər gələcəkdə belə halların ola biləcəyini təxmin edirlər deyə, namizədin rəyini öyrənmək istəyə bilərlər. İş müsahibəsində bu sualla qarşılaşan bir çox namizədin “Fürsət tapanda düşünəcəm” cavabı təəssüf ki, veriləcək ən yaxşı cavablar arasında deyil. Yaşayış səviyyənizi nəzərə alaraq bu suala aşağıdakı kimi cavab verə bilərsiniz:
Cavabınız "Xeyr"dirsə...
Cavabın konkret olaraq “yox”dursa, bunu işəgötürənə bildirməlisiniz. Cavabınızı bu şəkildə ifadə etməsəniz, bu, gələcəkdə iş həyatınızda problem olaraq sizə qayıda bilər. Unutmayın ki, bu suala tamamilə “yox” cavabı vermək bir az risklidir, çünki həyatın nə gətirəcəyini heç vaxt bilmirsiniz. Ola bilər ki, siz bir neçə ay, bir il sonra iş üçün yaşayış yerinizi dəyişməyə razı olasınız. Bu səbəbdən, müraciət etdiyiniz işi həqiqətən istəyirsinizsə, lakin başladığınız dönəmdə yaşadığın yeri dəyişməyəcəksənsə, bunu uyğun dillə bildirmək daha yaxşı olar.
Cavabın “Ola bilər”dirsə...
Hələ ki köçməyə hazır deyilsiniz, amma bir tərəfdən də bu işi itirmək istəmirsinizsə, cümlələrinizi çox diqqətlə seçməlisiniz. Bir çox namizəd üçün yaşayış yerini dəyişmək sıxıntılı vəziyyətdir. Buna görə, yaşayış yerini dəyişməklə bağlı suala veriləcək ən yaxşı cavab “İşimdə yaxşı bir yerlərə gəlmək istəyirəm. Bunun üçün köməyə məcburamsa, bunu sevə-sevə qəbul edərəm” olacaq. Bu cavab sənin konkret olaraq köçə biləcəyin anlamına gəlməz, amma işə nə qədər önəm verdiyin haqqında qarşındakında fikir yaradır.
Cavabın “Bəli”dirsə...
Əgər yaşadığın yeri dəyiştirməyin həyatına təsiri olmayacağından narahat deyilsənsə, bu suala düşünmədən “hə” cavabını verə bilərsən. Bu, işə qəbul müddətində önəmli bir rol oynayacaq.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay