BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
39558

Yeni il ərəfəsində Bakıdan ölkənin müxtəlif regionlarına axın olur. Quru sərhədləri bağlı olduğundan ölkə vətəndaşlarının əksəriyyəti bayramı müxtəlif şəhər və rayonlarımızda qarşılayırlar.

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, qeyri-iş günləri ilə bağlı regionlara axın güclü olacaq.

"Bu hal regionlarda gündəlik kirayə qiymətlərinə öz təsiri göstərir. Əsas səbəb isə tələbin artımıdır. Adi günlərdə 30 manata təklif olunan gündəlik kirayə evin qiyməti bayram ərəfəsində minimum 60 manat olacaq. Qiymətlər regionlardan asılı olaraq dəyişir. Belə ki Quba-Qusar bölgəsi və Qəbələnin qış turizm mərkəzlərinə yaxın olan ərazilərdə qiymətlər daha bahadır. Bu il insanların axını daha çox şimal bölgəsinə olacaq".

Məsələ ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, yerli turistlər bayramı bölgələrdə keçirməyə daha çox üstünlük verirlər.

"Əsas səbəb Yeni il günlərində xaricə olan tur paketlərin qiymətinin baha olmasıdır. Bu səbəbdən də yerlərdə olan hotellər dolu olur. Belə olduqda bölgələrdə yaşayan sakinlər öz evlərini yerli və əcnəbi turistlərə kirayə verirlər. Bu da evlərini kirayə verən sakinlərin sosial rifahına müsbət təsir edir.

Lakin tələb təklifi üstələyəndə qiymət artımı müsbət olur. Bölgələrdə villalar var ki, orda üç-dörd ailə qala bilir. Həmin villaların hər şəraiti var. Belə villaların qiymətləri 300-350 manat aralığında dəyişir. Belə villaları dörd ulduzlu hotellə müqayisə etmək olar. Ancaq hovuzu olmayan evlərin qiyməti 100-150 manat arasında dəyişir.

Belə evlər, əsasən, İsmayıllı, Quba, Qusar, Qəbələ bölgələrindədir. Bu bölgələrdə qiymət artımı nəzərə çarpır. Sadə evlərin bir günlük qiyməti 100 manatdan başlayır. Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər nisbətən ucuzdur. Bu bölgədə hər şəraiti olan villaların qiyməti 100-150 manat arasındadır. Sadə evlərin bir günlük kirayəsi isə minimum 50 manatdan başlayır.

Turistlərin ən az maraq göstərdiyi cənub bölgəsidir", - deyə o qeyd edib.

İsmayıllıda ev kirayəsi ilə məşğul olan Elnur Əliyev bildirib ki, bayram günləri olduğundan həyət evlərinin qiyməti bahalaşıb.

"Müraciət edənlərin arasında ailəlilər üstünlük təşkil edir. On gün əvvəl birotaqlı evin qiyməti 50 manat idisə, hazırda həmin evlərin qiyməti 70-80 manat, 100 manatlıq evlərin qiyməti isə 100-150 manat arasında dəyişir. Ən çox bahalaşma "kamin"lərin olduğu evlərdə qeydə alınıb. Belə ki, həmin evlərin günlük kirayəsi şəraitinə görə iki dəfə artıb. Adi günlərdə 60 manata olan ev 120 manata təklif edilir", - deyə o qeyd edib.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin