BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
39533

Yaponiyanın Daihatsu avtomobil şirkəti, ən pis senaridə qəza testi məlumatlarının saxtalaşdırılması və avtomobilin istismarının təhlükəsizliyi və digər pozuntularla bağlı qalmaqala görə 100 milyard yen (700 milyon dollar) zərər çəkə bilər. 

Valyuta.az xəbər verir ki, bu barədə məlumat “Nikkei” qəzetinin proqnozunda bildirilib.

Maliyyə itkiləri qrupun Yaponiyadakı bütün zavodlarında avtomobil istehsalının dayandırılması və satışların itirilməsi ilə bağlıdır. Müəssisələrdə yığımın bərpasının vaxtı hələ müəyyən edilməyib. Bundan əlavə, “Daihatsu” hasilatın dayandırılması ilə əlaqədar təzminatla bağlı tədarükçüləri ilə danışıqlar aparmaq niyyətindədir. Kiçik dilerlərə dəstəyin göstərilməsi imkanları da nəzərdən keçirilir.

Proqnozlaşdırılan zərərin məbləği konsernin 2022-ci il üçün əldə etdiyi xalis mənfəətə (102,2 milyard yen) bərabərdir. Bu vəziyyət ən böyük avtomobil konserni Toyota Motor-a da təsir edəcək, çünki “Daihatsu” onun törəmə şirkətidir. “Daihatsu”nun payı Toyota Motor-un ümumi mənfəətinin cəmi 3%-ni təşkil etsə də, qalmaqal artıq avtomobil nəhənginin səhmlərinin qiymətinin son iki ayda ən aşağı səviyyəyə enməsinə səbəb olub.

“Daihatsu” avtomobillərinin dövlət sertifikatını almaq üçün uzun müddətdir ki, məlumatları saxtalaşdırır. Aprel ayında şirkət dörd avtomobil modeli ilə bağlı belə pozuntuları aşkar edib, bundan sonra müstəqil komissiya çağırılıb. O, onlarla modeli əhatə edən 170-dən çox qanun pozuntusunu aşkar edib, o cümlədən ana şirkət Toyota brendi altında satılanlar. Nəticədə Toyota brendi ilə satılan Probox, Town Ace, Roomy və Pixis modelləri də daxil olmaqla, bütün “Daihatsu” avtomobillərinin Yaponiyada və xaricə çatdırılmasının dayandırılması qərara alınıb.

2022-ci ildə Toyota və onun törəmə şirkətləri “Daihatsu” və “Hino” dünya üzrə 10,51 milyon avtomobil istehsal edib. Eyni zamanda, “Daihatsu”nun payına təxminən 1,7 milyon ədəd düşür. “Daihatsu” kompakt subkompakt avtomobillərin istehsalında ixtisaslaşıb. 1967-ci ildən Toyota ilə sıx əməkdaşlıq edir. 2016-cı ildən şirkət 100% Toyota-ya məxsusdur. Yaponiya bazarında “Daihatsu” kiçik avtomobil seqmentində satışın təxminən üçdə birini təşkil edir. 

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin