BAKU Azərbaycan
21.01°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
39516

Parklanma yerləri. Son günlərdə ödənişli parklanma yerlərindən istifadə olduqca aktualdır. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə ərazisində parklanma yerləri yaradılmış və zonalar üzrə tariflər müəyyən edilmişdir. Ödənişlərin sistemliliyini və rahatlığını təmin etmək məqsədilə “Azparking” sistemi istifadəyə verilmişdir.

Vətəndaşları maraqlandıran əsas sual isə bu parkinq yerlərinin yaxınlığında yaşayan sakinlərin, həmçinin bu ərazidə fəaliyyət göstərən müəssisələrdə çalışan işçilərin belə ödəniş etməli olub-olmamasıdır.

Parkinq xərci. Məsələnin bu aspektdən tənzimlənməsi olduqca vacibdir, çünki parklanma yerləri kimi nəzərdə tutulmuş ərazilərdə fəaliyyət göstərən iş yerlərinin işçiləri həmin parklanma yerlərindən uzun müddət istifadə etməli olurlar ki, bu da onlar üçün olduqca yüksək xərclərə səbəb olur. Mövcud tarifləri nəzərə alsaq, Bakıda işləyən şəxsin günlük parkinq ödənişi 3-8 manat olur ki, bu da aylıq 50-160 manat parkinq xərci deməkdir.

“Yol hərəkəti haqqında” qanuna əsasən, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Göründüyü kimi parklanma ərazilərindən istifadə üçün sakinlərə güzəşt nəzərdə tutulub.

Sakinlər üçün güzəşt. Məsələ ilə bağlı əsas problem isə sakinlər üçün belə güzəştdən həmin ərazidə fəaliyyət göstərən iş yerlərinin və onların işçilərinin məhrum olmasıdır.  Belə ki, qanunvericilikdə həmin parklanma yerlərinə yaxın ərazilərdə fəaliyyət göstərən müəssisələrin işçiləri üçün nəinki belə talonların verilməsi, ümumiyyətlə hər hansı güzəşt nəzərdə tutulmamışdır.

Bununla bağlı hüquqlarını müdafiə etdiyimiz şəxslə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanladığımız müraciətimizə də məhz bu əsasla imtina cavabı verilmişdir.

Bərabərlik prinsipi. Güzəşt tətbiq olunarkən həmin ərazidə yaşayan sakinlərin nəzərə alınıb ərazidə fəaliyyət göstərən iş yerlərinin nəzərə alınmaması olduqca absurddur və qanunvericiliklə, xüsusən də bərabərlik prinsipi ilə ziddiyyət təşkil edir. Belə ki, Konstitusiyamızın 25-ci maddəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

Aidiyyatı dövlət orqanları tərəfindən məsələnin gələcəkdə düzgün tənzimlənməsi istiqamətində addımlar atılacağına ümid edirik.

İstinadlar: Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 213 nömrəli qərarı; Nazirlər Kabinetinin 187 nömrəli 24 aprel 2019-cu il tarixli “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarı; “Yol hərəkəti haqqında” AR Qanunu.

Müəllif:
Pərviz Məmmədov,
hüquqşünas-vəkil
.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha çox dil, daha çox maaş...

Avropada ən yüksək gəlirhansı ölkələrdədir? -SİYAHI

“Bizə ödənilən rüsum xərclərimizin yarısını qarşılamır”

Kimlər əfvə düşə bilməz? (SİYAHI)

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olundu

Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ

Şirkətin əmlakı hərraca çıxarılır - Vergi borcuna görə

Feldşer lotereyadan 1 milyard uddu

İspaniyada mobil şəbəkələr çökdü: Böhranın səbəbi nədir?

“Şəki” restoranının sökülməsinə görə kompensasiya ödənilib - Fantastik məbləğ

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

Ağdamdan Özbəkistana 1,3 milyonluq divar kağızı ixrac olunacaq

Turizm Agentliyi xarici blogerləri Azərbaycana gətirəcək - 266 min pul ayrıldı

Everestə qalxmaq üçün nə qədər maliyyə lazımdır?

Everestə qalxmaq üçün nə qədər maliyyə lazımdır?

AZCON-un bu departamentinə rəhbər təyin edildi

Sərgidə satış qiymətləri normal bazar ilə eyni olmalıdır? - EKSPERT

Bu tarixdə ölkədə iş olmayacaq

Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq

Kapital Bank “International investor” tərəfindən daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”®

Azərbaycan dünya startap reytinqində irəlilədi

Bu cərimə 55 manatdan 500 manata qaldırılır

“İnternational HR Summit 2025”də İnsan Resurslarının gələcək hədəfləri müzakirə olunur

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Təhlükəsizlik göstəriciləri ən pis olan 10 sərnişin təyyarəsi - SİYAHI

Boşanma prosesi nə qədər vaxt aparır?

İntiqam Babayevin yerinə Aparat rəhbəri təyin olundu

İş vaxtında başqa şirkət üçün işləyən işçi dərhal çıxarıla bilərmi?

Sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin