“Ağdərə rayonunun yaradılması tarixi bir hadisədir”
“Ağdərə rayonunun yaradılması tarixi bir hadisədir”.
Bunu Valyuta.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, bu Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğu ilə təsadüf olunub:
“Ağdərənin yaradılması bir tərəfdən idarəetmənin çevikliyinin artırılması, eyni zamanda işğaldan azad olunan ərazimizin daha intensiv şəkildə yenidənqurulması və bərpasına imkan yaradacaq. Eyni zamanda Ağdarə rayonunun yaradılması həm də iqtisadi baxımdan vacibdir. Çünki Ağdərə rayonu iqtisadi potensialı olan rayonlardandır”.
Vüqar Bayramov hesab edir ki, Ağdərə rayonunun yaradılması tarixi qərar olmaqla yanaşı, həm də Qarabağın iqtisadi inkişafının daha sistemli və daha çevik şəkildə formalaşmasına gətirib çıxardacaq:
“Yeni bir inzibati ərazi vahidin formalaşması məhz bu rayonun iqtisadiyyatının daha çevik və sistemli şəkildə idarə edilməsinə, eyni zamanda həmin iqtisadiyyatın Azərbaycan iqtisadiyyatının formalaşmasına imkan verəcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay