BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
39449

Dəfələrlə ölkə ərazisində mənşəyi məlum olmayan heyvan ətlərinin satışı ilə rastlaşmışıq. Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələ ilə bağlı qabaqlayıcı tədbirlər görür, mənşəyi məlum olmayan heyvan ətlərini satmaq istəyən şəxsləri yaxalayır, məsuliyyətə cəlb edir. Amma bəzi işbazlar hələ də ölmüş heyvan, uzunqulaq ətlərini rayonlardan yığaraq ucuz qiymətə xüsusi alverçilərə satır. Məlumata görə, həmin ətlər paytaxt ərazisindəki dönərxana və ucuz kafelərə də satılır. 

Bakının “8-ci kilometr” bazarındakı ət bazarında müşahidə apardıq. Bazarın ət satışı cərgəsindəki mənzərə heç də ürəkaçan deyil, elə antisanitar şəraitdə fəaliyyət göstərən ət cərgəsində satılan ətlərin vəziyyəti də. Ətlərin harda kəsilib gətirildiyi də məlum deyil. 

Ən maraqlı məsələ isə burada satılan ətlərin qiymətidir. Məlumdur ki, 1 ildən çoxdur ölkədə mal ətinin qiyməti 14-15 manat arasıdır. Sümüksüz mal ətinin qiyməti isə 16-18 manatdan ucuz deyil. “8-ci kilometr” bazarında isə rast gəldiyimiz qiymətlər adamı diksindirir. 

Ət satılan ilk piştaxtaya yaxınlaşanda satıcı dərhal qarşımı kəsərək, “əmoğlu, bir dənə ətə bax, kişmişdi e...” dedi və piştaxtanın üstündən sallanan ətləri yelləməyə başladı: “Bir saatdı kəsmişəm, hələ buxarı üstündədir. Gəl bura, elə qiymət deyəcəm ki, başqasına baxmayacaqsan. 90 kiloluq danadır, rayon heyvanı, yağlı. Nəyə istəyirsən and içim, bazarda belə ət tapa bilmərsən. Təmiz yağdı, öz yağında bişəcək”. 

Satıcının dediyi “kişmiş ət”in rəngi sapsarı idi. Satıcı elə qiymət dedi ki, həqiqətən də inanmırsan ki, bazarda o qiymətə ət ola: “Bax, səhər 9 manata satdığım ətdi, sənə 8 manata verəcəm. Ətə söhbət yoxdu, körpə danadı. Neçə kilo çəkim?”

Satıcının bu “endirim” qiymətindən sonra dərhal başqa piştaxtaya yaxınlaşmaq istəyəndə bu dəfə 55-60 yaşlı kişi yolumuzu kəsir. Bu satıcı da bəndənizi öz piştaxtasına çəkərək “bazarın ən ucuz əti məndədir” deyib reklama başladı: “Bərdə heyvanıdır. Mən başqa yerdən heyvan almıram, özüm gətirib kəsirəm, tanıdığım adamın fermasındandı. Bir dəfə ət alsan, həmişə məndən alacaqsan, başqa yerə getməyəcəksən. Nömrəmi də verirəm, pis ət olsa zəng edərsən. Sümüyü də maksimum çıxarmışam”. 

Bu satıcıdan da ətin qiymətini soruşuram. Qiymət dəyişmir. Dediyinə görə, səhər ətin kiloqramını 9 manata satıb, indi isə 8 manata qədər “endirim” edəcək. 

Satıcıdan belə ucuz qiymətin səbəbini soruşanda isə cavabı bu oldu: “Bilirəm, qiyməti ucuz olduğuna görə almaq istəmirsən. Hər yerdə ətin qiyməti 14-15 manatdı. Mən özüm gətirirəm heyvanı, ona görə ucuz satıram. Əhalini nəzərə almaq lazımdı. Camaatda pul yoxdu, ona görə ucuz satıram. Həm də bizim bazarda hamı ucuz satır deyə, rəqabət var”. 

Qarşıma çıxan daha bir piştaxtada müştəri axtarmayan satıcıya yaxınlaşıb onda satdığı ətin qiymətini soruşuram. Satıcı ağızucu “10 manat 50 qəpik” deyib yenə işinə davam edir. Niyə bu ətin qiymətinin digərlərindən baha olduğunu soruşanda isə satıcı “demək ki fərq var ətdə” dedi. Onu da dedi ki, ucuz olan ətlər  hamısı qoca inəklərdir: “Mən isə rayondan cavan danalar gətirirəm, baha satıram. Ətin fərqinə də bax, göz qabağındadır”. 

 Qeyd edim ki, bütün piştaxtalardakı ətlərin üzərində baytarlıq möhürü var. Maraqlı məqam odur ki, həmin ətlərin sağlam kəsim olmasını hansı baytarlıq labaratoriyası təstiqləyir, necə təstiqləyir və hansı əsasla möhür vurur? Kiloqramı 8 manata satılan ətin hansı keyfiyyətindən danışmaq olar? Şəhərin ən tanınmış ticarət mərkəzlərindən olan bu bazarda bu cür şəraitə göz yumanlar hansı məqsədi güdür?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın Britaniyaya ixracı 5 dəfədən çox artıb

Azərbaycan düyü idxalını 7% azaldıb

Azərbaycanın çay ixracı 2025-ci ilin ilk rübündə artıb

Tesla və Alphabet maliyyə hesabatlarını açıqlayacaq - Texnoloji sektorun taleyi bu həftə müəyyənləşir

Mənzilimizi niyə sığorta etdirmək istəmirik?

Mənzilimizi niyə sığorta etdirmək istəmirik?

Azərbaycan ilk üç ayda geyimə 103 milyon dollardan çox xərc çəkib

Süni intellekt tədqiqatçısı insan əməyini tamamilə əvəz edəcək startap təqdim edib

Binəqədidə yanğınla əlaqədar bir sıra prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

E-saglam.az sağlamlıq və tibbi xəbərlər portalı bu gün 4 YAŞINI qeyd edir

İdman zallarına tələbat artır: Qiymətlər necə dəyişib?

Binəqədi rayonunda obyektdə yanğın başlayıb

İmtahan cavabları sabah DİM-in saytında paylaşılacaq

İmtahan cavabları sabah DİM-in saytında paylaşılacaq

DİM orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib

İlk rübdə çay idxalı 25 milyon dolları keçib

Sahibkarların nağdsız ödəniş problemi: Çıxış yolu nədir?

Sahibkarların nağdsız ödəniş problemi: Çıxış yolu nədir?

Kommunal xidmətlərin qiymətləri arta bilər? - AÇIQLAMA

“Oğlum həbs edilməyib, yanımdadır” -Şərurlu İsfəndiyar

ABŞ Aydakı faydalı qazıntılara da sahib olmaq istəyir?

Bakı Slavyan Universitetinə yeni prorektor təyin edilib

Nazir generalı özünə müşavir təyin etdi

Dubay şokoladının yüksəlişi püstə qıtlığına səbəb olub

Pensiyaya 5 il tez çıxmaq üçün nə etmək lazımdır? - RƏSMİ CAVAB

Pensiyaya 5 il tez çıxmaq üçün nə etmək lazımdır? - RƏSMİ CAVAB

Çində ilk dəfə yarımmarafonda "insanabənzər robotlar" insanlarla yarışdı

Çində 10G şəbəkəsi işə salınıb

Bələdiyyə torpaqları hərraca çıxarılır - Qiymətlər

"Bitcoin" 85 min dollar oldu - Kriptovalyutaların qiyməti artmaqda davam edir

Bir rəng, fərqli dünya: Rənglərin mədəni mənaları və marketinq uğuru - SƏHƏR OXUSU

Şərurlu İsfəndiyarın oğlu həbs edildi

Ziya Bünyadov prospektində təmir işləri nə vaxt bitəcək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin