"Sony" oyunların qiymətini kəskin bahalaşdıracaq
"Insomniac Games" studiyasından sızan məlumatlara görə, "Sony" öz oyunlarının qiymətlərini yenidən qaldırmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə "NicheGamer" məlumat yayıb.
"PlayStation 5"in buraxılmasından sonra "Sony" bəzi oyunlarının qiymətini 50 dollardan 70 dollara qaldırıb. Xəbərdə deyilir ki, qarşıda qiymət artımının daha bir neçə mərhələsi olacaq: 80 dollara və hətta 100 dollara qədər.
Üstəlik, "NicheGamer" yazır ki, sızan məlumatlar arasında oyun paylanmasının bir növ seriyalı modelinin meydana çıxması haqqında məlumatlar var. Məsələn, "Marvel's Spider-Man" filminin növbəti hissəsi üç epizodda yayımlanacaq və hər biri 50 dollara satılacaq. Yəni, ümumilikdə oyunçular onun üçün 150 dollar ödəməli olacaqlar.
"Sızan məlumatların ümumi həcmi 1,76 TB həssas məlumat təşkil edir və əsasən yalnız "Insomniac"ın öz oyunlarına aiddir, onlar həmçinin "Sony"nin bütün "PlayStation" biznesinin gələcək inkişafı üçün potensial planları haqqında məlumat verir", deyə "NicheGamer" yazır.
Jurnalistlər onu da qeyd edib ki, bu planlar yalnız "PlayStation"ın hipotetik gələcəyi haqqında fikir verir. Mümkündür ki, zaman keçdikcə şirkət monetizasiyaya münasibətini yenidən nəzərdən keçirsin.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay