Üç ay suyun dibindən qalan "iPhone" yenidən işlədi
Ötən ay Şimali Kaliforniyada Sranislaus çayında təmizləmə işi ilə məşğul olan bir dalğıc suyun dibində qayaların arasında yosunlarla örtülmüş "iPhone 12"yə rast gəlib.
Valyuta.az xəbər verir ki, dalğıc smartfonu təmizlədikdən sonra onun qurumasını gözləyib. Bir həftə sonra telefonun batareyasını doldurmaq üçün onu cihaza qoşub və işlədiyini görüb. Kilidi açıq olan smartfonla fotoşəkillər çəkən şəxs telefonun yaddaşında sonuncu dəfə sentyabrın dördündə qeyd olunmuş videoya rast gəlib. Buna əsasən, cihazın üç aydır çayın dibində qaldığı anlaşılıb. Bu müddət ərzində suyun altında qalan "iPhone 12"nin quruduqdan sonra yenidən problemsiz işlədiyi qeyd edilib.
"Apple" "iPhone 12" və daha yeni modellərinə altı metr dərinlikdə 30 saniyə qala biləcəyi ilə bağlı suyadavamlılıq zəmanəti verir. Bununla belə, cihazların qəsdən suya batırılması üçün nəzərdə tutulmadığı da bildirilir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay