“Opel”dən vegan daxili örtük - Yalnız elektrik avtomobilləri istehsal edəcək
“Opel” 2025-ci ildən etibarən yalnız elektrikli avtomobillər istehsal etməyi hədəfləyən bir marka olmağı qarşısına məqsəd qoyub. Şirkətin açıqlamasına görə, “Opel”in elektrik avtomobil modellərində istifadə edilən daxili örtüklər tərkibində heyvan mənşəli məhsullar olmayacaq.
“Opel” hazırda 15 elektrik modeli təklif edir. Davamlı və ekoloji cəhətdən təmiz yanaşma üçün geniş model çeşidində vegan interyer materiallarına üstünlük verir. “Opel”in vegan daxili bəzəkləri adi bəzəklərlə eyni yüksək standartlara cavab verir.
Heyvan məhsulları olmayan bu materiallar, həmçinin yeni “Corsa Electric” və “Opel Astra Electric” kimi texnoloji standartları müəyyən edən modellərdə də istifadə olunur.
“Opel”in yüngül kommersiya avtomobilləri arasında yer alan “Zafira Life Elektrik” və “Combo Life Elektrik” kimi modellər vegan materialların istifadəsini genişləndirən digər nümunələr kimi seçilir.
“Opel” 2025-ci ildən etibarən istehsal etdiyi hər bir modelin tam elektrik versiyasına sahib olacaq. Vegan həyat tərzini mənimsəyən istifadəçilər üçün müxtəlif model variantları təklif edən “Opel” qlobal bazarda vegan materialların davamlı artımına töhfə verməyə davam edəcək.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay