BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
38708

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Valyuta.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

-  obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb;

- obyektlərdə su hovuzu inşa edilməyib və daxili yanğın su kranları, yanğın hidrant qurğuları quraşdırılmayıb;

- obyektlərdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektlərin bəzi sahələrində elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilib;

- elektrik mühərrikləri, idarəetmə aparatları, işəsalma və nizamlama, nəzarət ölçü cihazları, mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun seçilib quraşdırılmayıb, eləcə də artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməyib;

- taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb;

- obyektlərdə təxliyənin müvəffəqiyyətlə idarə edilməsi istiqamətində tədbir görülməyib;

- obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

- obyektlərdə yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tədbirlər planı hazırlanmayıb və əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- ticarət sıralarında piştaxtalar olan cərgələrdə ara məsafələr gözlənilməyib;

- obyektlərdə insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb;

- ticarət sıralarında taxta, karton, lambir və tezalışan çadır tipli materiallardan istifadə edilməklə arakəsmələr quraşdırılıb;

- ticarət mərkəzinin sıraları küçə ticarəti ilə məşğul olanlar tərəfindən tutulduğundan yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı icrası məcburi olan qərar qəbul edilərək cavabdeh şəxslərə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniyanın polad sənayesi iflasa uğraya bilər

Çin yüzlərlə "Airbus" təyyarəsi alacaq

Deputata məxsus olduğu deyilən şirkət 10 milyonluq tender uddu

İstanbuldan Gəncə və Naxçıvana aviabiletin qiymətləri məlum oldu

Avtobus sürücülərinə tapşırıq verildi -RƏSMİ

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Azərbaycanda yaxın gələcəkdə çoxmərtəbəli binalara qaz verilməyəcək

Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər

Sabah yağış yağacaq, dolu düşəcək

“Azərlotereya” 2024-cü ildə 92.4 milyon vergi ödəyib®

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb - Qardaşının payı azalıb

Komitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir

Nəsli kəsilmiş quşun bir lələyi 48 min manata satıldı

"Mall"larda parkinq qiyməti qalxdı

Bakıda daha bir məşhur restoran sökülür - VİDEO

Firdovsi Məmmədov icraçı direktor təyin olundu

Universitet müəllimləri də MİQ imtahanı verəcək?

Azərbaycanda ən dərin zəlzələlər bu ərazidə baş verir

Nizami rayonunun icra başçısına yeni müavin təyin olundu - FOTO

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

"WhatsApp"da yeni dövr - İstifadəçilər telefon nömrəsi paylaşmadan yazışa biləcək

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Dərmanlarla bağlı yeni QƏRAR

Səs-küy salan qonşuları hansı cəza gözləyir?

"Meta" atom elektrik stansiyasının fəaliyyətini dəstəkləyəcək

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi

Şifahi tərcümənin görünməyən məqamları

Yasamalda yerləşən uşaq bağçası satışa çıxarılıb - QİYMƏT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin