BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
38682

Azərbaycanda səfər sığortası rəsmən könüllü sığorta növü olsa da, təcrübə göstərir ki, onu yalnız təsir mexanizminin hesabına alırlar, yəni əslində icbaridir.

Həmin təsir mexanizmi isə əsasən Avropa İttifaqı ölkələrinə səyahət zamanı səfirliklərin viza vermək üçün irəli sürdüyü sığorta tələbidir.

Yəni, vətəndaşın təqdim etdiyi sənədlər arasında səfər sığortası şəhadətnaməsi olmasa, ona viza verilmir. Özü də bu sığorta planlaşdırılan səyahət müddətindən 10-15 gün əlavə müddətə əldə edilməlidir. Türkiyə, Gürcüstan, Rusiya kimi viza tələb olunmayan ölkələrə gedən vətəndaşlarımız isə səyahət sığortası almaqda maraqlı olmurlar. Halbuki, turist təkcə Avropada deyil, elə qonşu ölkələrdə də sağlamlığı ilə bağlı problemlər yaşaya bilər.

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı "Report"a açıqlama verən sığorta məsələləri üzrə ekspert Əli Bayramov hesab edir ki, səfər sığortasının satışını artırmaq, onu kütləvi şəkildə alınan sığorta növünə çevirmək üçün bu məhsulun satışı rəsmən icbari olmalıdır. Məsələn, onun fikrincə, təyyarə ilə ölkəni tərk etmək istəyən şəxslərin səfər sığortası olmasa, onlar hava limanından geri qaytarıla bilər: "Bunun üçün qanunvericiliyə dəyişiklik etmək olar ki, səfər sığortasının olub-olmaması aeroportlarda yoxlanılsın. Hətta belə ola bilər ki, sığortası olmayan şəxslərdən həmin məhsulu elə hava limanında almaq tələb edilsin".

Ekspert həm də təklif edir ki, Azərbaycan gələn turistlərdən də ölkə ərazisinə daxil olarkən səfər sığortası istənilsin: “Mən hesab edirəm ki, biz əcnəbilərin də icbari qaydada səyahət sığortası almasını təmin etməliyik. Bu halda xarici vətəndaşlar həm ölkəmizə sığortalı səfər edərlər, həm də iqtisadiyyatımız bundan qazanar”.

Ə.Bayramovun fikrincə, hazırda səfər sığortası üzrə alınan sığorta haqları reallığı əks etdirir: “Azərbaycanda həmişə səfər sığortası ucuz olub. Çünki, həm bu sığorta növü üzrə zərərlilik az olub, həm də yerli sığortaçılar bu məhsulun təkrarsığortasını xarici bazardan yaxşı qiymətə alıblar. Razıyam ki, inflyasiyanı, tibb sektorunda qiymət artımını və başqa amilləri nəzərə almaq lazımdır. Amma zərərlilik az olduğuna görə bu, o qədər də böyük əhəmiyyət kəsb etmir. Məsələn, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik çoxdur. Yəni hadisənin baş vermə tezliyi, hadisə intensivliyi yüksəkdir, dəyən zərərin məbləği isə az deyil. Ona görə də bu zərərləri qarşılamaq üçün məcburən sığorta haqları artırıldı. Amma səfər sığortası elə deyil. Nadir hallarda sığorta hadisəsi baş verir".

Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda səfər sığortası üzrə 5,3 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 % çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2,6 % artaraq cəmi 0,3 milyon manat olub.

Xarici İşlər Nazirliyinin açıqladığı məlumata görə isə, hazırda Azərbaycan vətəndaşları 68 ölkəyə vizasız səyahət edə bilər. Bu, həm də səfər sığortası satmaq üçün potensialın nə qədər böyük olduğundan xəbər verir.

Dövlət Sərhəd Xidmətinin açıqladığı məlumata görə isə, bu ilin yanvar-oktyabr aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 27,1 % artaraq 1 545,2 min nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin