İrlandiya "kosmik kluba" qoşuldu
İrlandiya tarixində ilk dəfə olaraq kosmosda iştirak edən ölkələrin qeyri-rəsmi klubuna daxil olub.
Valyuta.az xəbər verir ki, İrlandiyanın ilk peyki dekabrın əvvəlində "SpaceX"in "Falcon "9 raketi ilə Yer orbitinə çıxarılmış "Eirsat-1" tədqiqat peyki olub.
"Eirsat-1" kiçik cihazdır, ölçüsü və forması adi bir kərpicdir. O, Dublin Universitet Kollecinin 50 tələbəsi tərəfindən hazırlanıb.
İlk İrlandiya peyki üç əsas alətlə - qamma şüa detektoru GMOD, ENBIO istilik materialları ilə eksperimentlər üçün modul və WBC maqnit dalğalarını öyrənmək üçün cihazla təchiz edilib.
GMOD Yer atmosferinin müdaxiləsi olmadan yüksək enerjili qamma şüalarını aşkar edə bilir. Onun köməyi ilə astronomlar kosmik şüalanma mənbələrini - fövqəlnovaları, qara dəlikləri, neytron ulduzları və digər obyektləri axtarmağı planlaşdırırlar.
ENBIO modulu kosmik mühitdə yüksək temperaturlara məruz qalan materialların sınaqdan keçirilməsi üçün nəzərdə tutulib. WBC peykin yaratdığı maqnit dalğalarının Yerin maqnitosferi ilə necə qarşılıqlı təsir göstərəcəyini müşahidə etməyə imkan verəcək. Gələcəkdə bu, aşağı güclü maqnit sahələrindən istifadə edərək hərəkət edən cihazların yaradılmasına kömək edəcək.
"Eirsat-1"in yaradıcılarından biri, postdoktor Devid Mörfinin sözlərinə görə, ilk İrlandiya peyki orbitdə 2-4 il qalacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay