BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
38621

Hostel açmaq dünyaca məşhur bizneslərdən biridir. Səyahətçilər gecələmək üçün hostellərə üz tutmağa üstünlük verirlər. Azərbaycan rayonlarında hostellərə az rast gəlinir. Buna görə də, hostel açmaq istəyə bilərsiniz. Çünki tələbat var.

 Bəs hosteli necə aça bilərsiniz?

İki hostel açmış Müşfiq Səmədli Valyuta.az-a hostel açmaq üçün nələri bilməli olduğunuzdan danışdı. O, hostelin oteldən fərqlərini izah etdi:

“Hosteldə kişi və qadın otaqları olur. Qadınlar bir, kişilər bir otaqda qalırlar. Yataqlar çox vaxt iki mərtəbəli olur. Sən orada tanımadığın insanla qala bilərsən. Hostel ev kimidir, otellərdəki rəsmiyyət yoxdur. Ona görə də, hostelinizdə ev ab-havası yaratmağa çalışmalısınız. Hosteldə qalanlar özləri üçün yemək bişirə, paltarlarını yuya, qonaq otağında digər qonaqlarla birgə vaxt keçirə, müxtəlif oyunlar oynaya bilər”.

Ev ab-havasını yaratmaq üçün Müşfiq bəy deyir ki, elə ən yaxşısı hosteli evdə qurmaqdır: 

“Gələn qonaqlar ev rahatlığını hosteldə tapmalıdır. Ev kirayələyərək orada hostel aça bilərsiniz. Evdə avadanlıqlar da olur deyə, çox xərcə düşməyəcəksiniz. Paltaryuyan, soyuducu, yataq, mebel xərclərindən azad ola bilərsiniz. Amma bu sizin neçə nəfərlik hostel açmağınızdan asılı olaraq dəyişə bilər. Əgər 6-7 nəfərlik hostel açacaqsınızsa, yataqlar, döşək ağılar bu saya uyğun olmalıdır. Hosteldə qab-qacaq, tava, bir sözlə evdə istifadə olunan hər şey olmalıdır. Buna görə də, ev kirayələmək ən yaxşı variantdır”.

Məkana gəldikdə isə Müşfiq bəy bildirdi ki, rayonlarda açmaq yaxşıdır: 

“Birincisi, Bakıda hostel çoxdur. Düzdür, onlarda hostel ab-havası o qədər də yoxdur, amma say etibarilə çoxdur. Rayonlarda isə hostel çox azdır və hostelə tələb də var. Buna görə də, rayonda açmaq xeyrinizə ola bilər”.

Müşfiq bəy deyir ki, hostellər yayda daha yaxşı işləsə də, qışda da xərcinizi çıxara bilərsiniz:

“Yayda hostel turistlərlə dolu olur. Quru yollar açılsa, daha gəlirli sahədir. Çünki velosipedlə, maşınla, piyada gəzən səyahətçilər hostellərdə gecələməyi sevirlər. Çünki hosteldə yeni insanlar tanıyıb, qaynayıb qarışa bilirlər. Əslində hosteli öz evinizdə açsanız, yaxşı olar. Çünki qışda istər-istəməz gəlir düşür. Amma yenə də heç kəsdən borc almırsan, kommunal ödənişlərini rahat edə bilirsən. Az da olsa əlavə gəlir də qalır”.

M.Səmədli qeyd edir ki, hostel açmaq üçün hüquqi proses də sadədir:

“Hüquqi və ya fiziki şəxs kimi VÖEN açdırırsınız, qeydiyyatdan keçirsiniz, kassa qoydurursunuz”.

Bəs hostel açmaq üçün nə qədər büdcəniz olmalıdır? 

Müşfiq bəy deyir ki, özü hostel açanda 7 000 manat xərcəyib. Onun sözlərinə görə, xərc sizin kirayələyəcəyiniz evin şəraitindən asılıdır. Əgər sizin adam sayınıza uyğun çarpayı çatmırsa, almalısınız və ya təmiri sizin konseptə uyğun deyilsə, təmir etməlisiniz:

“Hostel biznesinə başlamaq üçün pul məsələsi fərqlidir. Əgər hostel açmaq üçün ev kirayələyəcəksinizsə, 3000-5000 manat lazımdır ki, 6-7 nəfərlik balaca hostel açasınız. Ora çatışmayan şeyləri alasınız. Yatağın biri döşəkağı ilə birgə 300 manatdır. Keyfiyyətli alsan, 400-450 manata, üstündə matrasla birgə 500-600 manata qədər qalxır. Hazır evdirsə, heç nə almağa ehtiyac yoxdur”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin