Nəqliyyat
13.12.2023 / 10:19
AAYDA: Bakıda körpünün asfalt-beton örtüyündə çökmə aradan qaldırılır
38540
Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) asfalt-beton örtüyünün bir hissəsində aşınma yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Valyuta.az-a verilən məlumata görə, hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur.
Qısa müddət ərzində problem aradan qaldırılacaq.
Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Əbdülvahab Salamzadə küçəsində körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində avtomobillərin sıxlığının yaranması barədə məlumat yayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay