BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
38515

Azərbaycanın avtomobil bazarında yay aylarından etibarən durğunluq yaşansa da, dekabrın ilk həftəsində yenidən aktivlik başlayıb.

Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

O, bazarda son dəfə qiymət artımının avqustda olduğunu bildirib:

“Rəsmi diler və distribütorlar yeni il bayramı ərəfəsində çoxlu endirimlər təklif edir. Bazarda yeni avtomobillərin sayı artıb. Gələn ilin birinci rübündən ölkədə avtomobil qiymətlərinin artacağı proqnozlaşdırılır. Əsasən köhnə avtomobillərin bahalaşacağı gözlənilir. Çünki istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalına məhdudiyyətlər qoyulub. Bununla yanaşı qarşıdakı aylarda utilizasiya proqramının başlanacağı, utilizasiya rüsumlarının toplanacağı gözlənilir. Bu amillər köhnə avtomobillərin bahalaşmasına səbəb olacaq. Bu ilin payız fəsli ilə ötən ilin eyni dövrü arasında böyük fərqlər var. Ötən payızda ölkənin avtomobil bazarı daha aktiv idi”.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev də gələn il köhnə avtomobillərin bahalaşacağını deyib:

“İlin sonu olduğu üçün yeni avtomobillərin qiymətində artım yoxdur, əksinə endirimlər var. Köhnə avtomobillərin bazarda böyük satış həcmi yoxdur. Yeni avtomobillərin isə stokları tükənir, sayı azalır. Bir çox markalar satışlarda 3 -10 min manat endirim təklif edir. Məsələn, 43 min manata olan yeni avtomobillərin qiyməti 39 500 manata, 55 min manata olanların 51-52 min manata, 95 min manata olanların isə qiyməti 85 min manata enib. Hətta rəsmi dilerlər arasında 100 min manatdan yuxarı qiymətə satılan avtomobillərə 10 min manatdan çox endirim verənlər də var. İlin sonu olduğu üçün bir qədər satış var. Vətəndaşlar yeni il qabağı kampaniyalardan yararlanmaq istəyir. Satış çox olmasa da, maraq və müraciətlər çoxdur. Ümid edirəm ki, dekabrın 15-dən sonra bu müraciətlər satışa çevriləcək".

E. Əliyev hesab edir ki, köhnə avtomobillər keçən aya baxdıqda hələ ki, çox bahalaşmayıb: “Məsələn, 2008-ci ilin 3,5 kubsantimetr mühərrik həcmli avtomobili bazarda 22 min manata idisə, elə o qiymətdə də qalıb. Çünki satış yoxdur. İkinci il avtomobillərə maraq azalıb”.

Paytaxtda ikinci əl avtomobillərin satışı ilə məşğul olan şəxslər bildirir ki, bazarda əsas üstünlük "Mercedes", "Hyundai", Toyota" kimi avtomobil modellərinə verilir. Avtomobil bazarında mühərrikin gücü, yürüş məsafəsi, texniki vəziyyəti və digər amillərə görə bir sıra avtomobillərin qiyməti aşağıdakı aralıqda dəyişir:

"Mercedes C-class" (2007-2008-ci il) - 12 500 -23 000 manat

"Mercedes GL-class" (2006-2007-ci il) - 22 500-37 500 manat

"Mercedes GL-class" (2015-ci il) - 52 500 – 81 500 manat

"Nissan Kicks" (2019-2021-ci il) - 27 500 - 34 000 manat

"Nissan Sunny" (2010-2011-ci il) - 12 000 - 17 500 manat

"Hyundai Sonata" (2008-2009-cu il) - 12 500 - 24 000 manat

"Hyundai Santa Fe" (2014-2015-ci il) - 27 500 - 44 500 manat

"Hyundai Accent" (2021) – 29 500 - 33 000 manat

"Hyundai Accent" (2010-2011-ci il) – 10 500 – 19 000 manat

"Toyota Camry" (2014-2015-ci il) - 23 500 - 40 000 manat

"Toyota Camry" (2021-ci il) - 50 000 - 75 000 manat

"Opel Astra" (2006-2007-ci il) – 8 000 - 18 500 manat

"Chevrolet Cruze" (2012-2013-cü il) - 10 000 - 18 000 manat.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 milyard 374 milyon 23 min ABŞ dolları dəyərində 81 min 206 ədəd minik avtomobili idxal edilib ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq 65,7 % və 33,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan xaricdən 295,531 milyon ABŞ dolları dəyərində (2,5 dəfə çox) 11 min 769 ədəd (20,5 % çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi (hibrid) və 98,299 milyon ABŞ dolları dəyərində (7,7 dəfə çox) 2 min 425 ədəd (6,6 dəfə çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi (elektromobil) tədarük edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin