BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
38506

Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 459,2 manatlıq, o cümlədən 256,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 202,4 manatlıq qeyri-ərzaq malları alıb.

2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Bəs, Dövlət Statistika Komitəsinin yaydığı bu rəqəmlər real mənzərəni əks etdirirmi?

Valyuta.az məsələni iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib. 

Natiq Cəfərli deyib ki, bu rəqəmlərlə bağlı hesablanma qaydaları və normalar yenidən təyin edilməlidir. İlk növbədə isə yaşayış minimumunun hesablanması qaydalarına baxılmalıdır:

"Yetkili qurumlar, əsasən də Nazirlər Kabineti yaşayış minimumunun hesablama qaydalarını açıqlamalıdır. Bu hesablama aparılarkən elə mexanizm tətbiq olunur ki, o mexanizmə görə Azərbaycanda yaşayış minimumunu hesablayarkən ən aşağı qiymətlər götürülür və çox sayda mal və xidmətlərin təsiri hesablanır. Dünyanın bir çox ölkələrində əsasən 30 adda gündəlik tələbat məhsullarının qiymətləri götürülür, bundan əlavə digər xidmət növləri də səbətə daxil edilir. Məsələn, müasir dövrdə internet xidmətləri var, insanların əyləncə - teatra, kinoya getmək haqları var. Bütün bunlar da yaşayış minimuna aid edilir. Amma bu yanaşmanı hökumət qəbul etmir. Ölkədə yaşayış minimunu hesablamaq üçün kifayət qədər köhnəlmiş kriteriyalar var. Yaşayış minimumunda internet xidmətləri gün ərzində 15 dəqiqə hesablanır. Bu isə doğru deyil. Nə qədər ki, Nazirlər Kabineti az qala sovetlərdən qalma hesablma normaları ilə bunu hesablayacaqsa, insanlarda bununla bağlı suallarda qalacaq".

İqtisadçı deyib ki, buna görə də ilk növbədə yaşayış minimumunun hesablanma qaydalarını dəyişiilməlidir:

"Yaşayış minimumunun hesablama qaydalarını dəyişəndən sonra bu barədə ciddi danışmaq olar. Heç olmasa, Türkiyənin təcrübəsini öyrənmək lazımdır. Orda 4 nəfərlik ailənin minimum yaşayış şərtləri hesablanır. Bu hesablama isə Azərbaycan manatı ilə hesablansa, 1000 manatdan yuxarı məbləğ edir. 

İndiki yaşayış minimumu Azərbaycan əhalisində kifayət qədər qıcıq doğurur. Çünki indiki qiymətlərlə bu ölçüdə yaşayış minimumunun hesablanma qaydalarına görə bir ay dolanmaq mümkün deyil. Biz bu barədə illərdir çağırış edirik, ancaq heç olmasa, Nazirlər Kabineti gələn il yaşayış minimunun hesablama qaydasını yeniləməlidir. Yeni kriteriyalarla bu məbləğ hesablanacaqsa, onda yaşayış minimumu artacaq. 
Sual yaranır ki, niyə belə konservativ yanaşılır, bu məbləğ niyə az götürülür, göstəricilər niyə az olur. Çünki yaşayış minimumu ölkədə rəsmi statistik göstəricilərə, yoxsulluq səviyyəsinə,minimum əmək haqqına, minimum pensiyaya digər göstəricilərə təsir göstərir. Belə hesablama aparmaqla isə ölkədəki makro iqtisadi rəqəmlərdə daha yaxşı rəqəmlər görünür. Məsələn, ölkədəki yoxsulluq 5 faiz görünür. Anca yaşayış minimu artsa, yoxsulluqla bağlı göstəricilər də artacaq".

Həmsöhbətimiz deyib ki, bu dəyişiklikyi Nazirlər Kabineti yox, parlament etsə, daha yaxşı olar:

“Çünki Nazirlər Kabineti təyin olunmuş, parlament isə seçilmiş orqandır. Onların seçicilər qarşısında məsulliyyəti var. Buna görə də daha real rəqəmlərlə hesablamaların aparılmasına maraqlı olacaq".

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin