Sosial
12.12.2023 / 12:22
Nazir pay torpağı olanlara sığorta ödənişi verilməsinə dair müddəanın layihədən çıxarılmasına münasibət bildirib
38474
Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev İşsizlikdən sığorta haqqında qanuna dəyişikliyin ilkin versiyasında pay torpağı olan şəxslərə də sığorta ödənişi veriləcəyi ilə bağlı müddəanın layihədən çıxarılmasına münasibət bildirib.
Valyuta.az-ın xəbərinə görə, o, bu barədə məlumatlı olmadığını bildirib. Nazir deyib ki, kim layihədə belə bir şey olduğunu deyibsə, bu, tamamilə yalandır.
Qeyd edək ki, noyabrın 4-də Milli Məclisdə gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı Əmək və sosial siyasət Komitəsinin sədri Musa Quliyev demişdi ki, torpaq payı olanlara da işsizlikdən sığorta ödənişinin verilməsi nəzərdə tutulub.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay