Avto
12.12.2023 / 11:08
Çin avtomobil istehsalı üzrə rekorda imza atdı
38467
2023-cü ilin yanvar-oktyabr aylarında Çin 21 milyon minik avtomobili istehsal edərək, Avropa İttifaqı və Böyük Britaniyanın göstəricisini iki dəfə artırıb.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Çin yanvar-oktyabr aylarında 20,7 milyon avtomobil istehsal edib ki, bu da əvvəlki illərin eyni dövrləri arasında mütləq rekorddur. Eyni zamanda, Avropa İttifaqı və Böyük Britaniyada anti-Rusiya sanksiyaları fonunda işlər o qədər də yaxşı deyil: bu ilin 10 ayı ərzində hasilat dörd il əvvəlki göstəricidən 22,5% geriləyərək, 10,4 milyon vahidlərdir", deyə hesabatda bildirilir.
Qeyd olunur ki, Çinin avtomobil sənayesində 30 milyon insan çalışır və bu da Avropadakından (12,9 milyon işçi) iki dəfədən artıqdır.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay