"iPhone" dizaynına cavabdeh olan top-menecer "Apple"dan ayrılacaq
"Apple"ın baş direktoru Tanq Tan vəzifəsini 2024-cü ilin fevralında tərk edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.
Materialda qeyd olunur ki, şirkətdə Tanq Tang texniki cihazların və digər məhsulların dizaynına cavabdehdir. Eyni zamanda, o, son iki gündə işdən çıxarılması məlum olan ikinci "Apple" top-meneceri olub. Lakin onun korporasiyadan getməsinin səbəbi hələlik açıqlanmır.
Agentliyin məlumatına görə, Tanq Tan şirkətin aparat təminatı üzrə vitse-prezidenti Con Ternusa birbaşa tabe olmaqla öz öhdəliklərini yerinə yetirir. Gözlənilir ki, top-menecer işdən çıxarıldıqdan sonra o, "iPhone" məhsullarının dizayn departamentinin rəhbəri Riçard Diqnin işinə şəxsən nəzarət etməyə başlayacaq.
Nəşrin müəllifləri qeyd edir ki, Tanq Tan korporasiyanın ən vacib məhsullarının dizaynı ilə bağlı əsas qərarlar qəbul etmək hüququna malik idi. Mütəxəssis “iPhone”, “AirPods” və “AppleWatch” qulaqcıqlarında işi izləyib.
Dekabrın 7-də "Bloomberg" agentliyi "Apple"ın digər top-meneceri Stiv Hottelinqin işdən çıxarılması barədə məlumat verib. Sonuncu baş icraçı direktor vəzifəsində çalışıb və onun vəzifələrinə sensor ekran texnologiyalarının və "Face ID" interfeysinin yaradılmasına nəzarət daxildir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay