“Yol hərəkəti qaydalarının pozulmasında əsas günahkarlar piyadalar deyil, sürücülərdir”
“Yol hərəkatı qaydalarının pozulmasında əsas günahkarlar piyadalar deyil, sürücülərdir”.
Valyuta.az-a açıqlamasında bunu “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Azərbaycanda yol hərəkəti qaydalarının əsasən sürücülər, yoxsa piyadalar tərəfindən pozulduğuna aydınlıq gətirərkən deyib:
“Yol qaydalarını pozanlar əsasən sükan arxasında olanlardır. Düzdür, piyadalar da öz təhlükəsizliyinə səthi yanaşır. Sürücülər qaydalara riayət etmir. Bundan başqa özünə güvənmək də qayaların pozulmasında öz sözünü deyir. Zabrat yolunda piyadalar üçün 10 km. məsafədə 8 zolaq qoyulub. Fikrimcə, bu qədər zolağın qoyulmasının mənası yoxdur. Onu lazım olan yerdə, işıqforların olduğu yerlərdə qoymaq lazımdır”.
Həmsöhbətimizə görə çox qarışıq və əndrabadi yol hərəkət qaydaları var:
“Yol işarələri də bəzən səhv məkanlara qoyulur. Bu istiqamətdə intelektual idarəçilik yoxdur. Məsələn,Həsən Əliyev 17 küçəsində sürücülərə həm düz, həm sağa, həm də sola getmək imkanı verilir. Qarşıdan gələn nəqliyyat axını üçün də eyni işarə tətbiq edilir. Belə vəziyyət təhlükə yaradır. Səməd Vurğun küçəsindən gələn yol üç zolaqlıdır. Amma burada birinci zolaqdan yalnız sağa, ikinci zolaqdan isə düz və sağa getməyə imkan verilib. Bir sıra küçələrin kəsişdiyi yerlərdə isə belə işarələr qoyulmur. Bununla da bərabərlik hüququ pozulur”.
Ekspert nəqliyyat yolunun bir zolağının marşurut avtobusları üçün ayrılmasını da düzgün hesab etmir:
“Bu zaman sürücülərin bərabərlik hüququ pozulur”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay