BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
37911

Azərbaycanda fəaliyyət göstərən hotel və sanatoriyalara bəzi güzəştlər nəzərdə tutulub. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə görə, gələn ilin yanvarından Azərbaycanın regionlarında otel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılacaq.

Nəzərdə tutulan güzəşt yalnız regiondakı otel və sanatoriyalara aid ediləcək. Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu isə istisnadır.

Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, bu addım otellərin vergi ağırlığını azaldacaq:

“Biznes üçün istənilən vergi endirimləri müsbətdir. Amma indiyə kimi əmlak vergisinin nə qədər olduğu barədə hər hansə bir hesablama da aparılmayıb. 75 faizlik güzəşt otel və sanatoriyalara nə qədər qənaət etməyə imkan verəcək. Təəssüf ki, bu rəqəmləri elan etmirlər. Həmin rəqəmlər bəlli olsa, analiz aparıb prosesi daha da aydınlaşdırmaq olar. İstənilən halda əmlak vergisinin azaldılması müsbətdir. Ən azından otellərin vergi öhdəliyi  və ağırlığı azalacaq”. 

Lakin ekspert qeyd edir ki, turizmin inkişafı bir tək bu məsələ ilə həll olunan deyil:

“Quru sərhədlərin bağlı olması turizmə ciddi zərbə vurur. Əsasən də regionlardakı turizmə. Ona görə də tək vergi endirimlərilə turizmi inkişaf etdirmək mümkün deyil. Başqa addımlar da atılmalıdır. Xüsusən də quru sərhədləri açılmalıdır”.

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin