BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
37890

Azərbaycanda fəaliyyət göstərən hotel və sanatoriyalara bəzi güzəştlər nəzərdə tutulub. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə görə, yanvardan Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılacaq.

Nəzərdə tutulan güzəşt yalnız regiondakı hotel və sanatoriyalara aid ediləcək. Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu isə istisnadır.

Valyuta.az xəbər verir ki, Bizim.media hazırda bölgələrdə yerləşən bəzi hotellərin xidməti və qiymətlərini araşdırıb.

Şabranda fəaliyyət göstərən hotellərdən birində standart otaqda birgecəlik istirahətin qiyməti 150 manatdan başlayır. Ödənilən məbləğin 22 manatdan bir az artıq hissəsinin isə vergi və rüsumlara görə ödənildiyi qeyd edilib.

Şahdağ yaxınlığındakı hoteldə birgecəlik xidmətlərdən istifadə etmək 238 manata başa gəlir. Hoteldə fərqli xidmətlər və təbiət mənzərəsinə görə qiymət dəyişir, yəni həmin hoteldə gecəsi 7 000 manata da gecələmək mümkündür.

Şəkidə və ölkənin cənubundakı hotellərdə də birgecəlik istirahətin qiyməti 150, 170 manatdan başlayır. Qeyd edək ki, qiymətlər təklif olunan xidmətə görə dəyişir. Göstərilən qiymətlər bir gecəlik və bir otağın qiymətidir.

Qiymətlərin yüksək olmasından şikayətlənən və buna görə hotel xidmətlərindən istifadə etməyənlər var.

Maraqlıdır, yeni güzəştlər bölgələrdə hotellərin qiymətinə necə təsir edəcək, azalma olacaqmı?

Turizm üzrə ekspert Əziz Şiriyev güzəştin qiymətlərə gözlənilən qədər təsir etməyəcəyini deyib:

“Qiymətlərin dəyişməsi mövsümdən asılıdır. Vergilərdəki azalmanın qiymətlərə o qədər də təsiri olmayacaq. Amma güzəştlərin olması turizm sahəsinə çox böyük müsbət təsir göstərir. İqtisadiyyatın qızıl qanunu tələb-təklif məsələsidir. Biz indidən hotellərə zəng eləsək, Yeni il bayramına heç bir hoteldə boş yer tapmayacağıq. Bu o demək deyil ki, bunların hamısı fərdi şəxslərə satılıb. Bəzi otaqları kimsə alıb, blok edib.

Amma ümumilikdə götürəndə hotel otaqları tamam satılıb. Gələn il hotel sahibi bundan 100 manat artıq qiymət tətbiq eləsə, yenə də satılacaq. O da tələbatın olduğunu görür. Düşünür ki, mən bunu bu qiymətə sata bilirəmsə, niyə ucuz satmalıyam? Əgər kimsə getməsə, otaqlar boş qalsa, qiymətlər enər. Hotel sistemində belə bir şey var, ən bahalı otaq satılmayan otaqdır, çünki xərcləri üstündədir. Amma 50 faiz endirimlə satmış olsa, xərcləri bağlamış olur”.

Ekspert qeyd edib ki, qanun qüvvəyə minəndən sonra hotel qiymətlərində dəyişikliyin olub-olmamasını görmək mümkündür:

“Çox insan nə o xəbərlərə baxır, nə də hotellərlə maraqlanır. Yekun ödəyəcəyi məbləği ödəyir, vəssalam. İctimai qınaq olsa, görsələr ki, insanların çoxu bununla maraqlanır və qiymətlərin nəyə görə dəyişməməsindən şikayətlənir, onda istər-istəməz otellər özlərinə, qiymətlərinə “çəki-düzən” verəcəklər. Düşünürəm ki, yanvardan sonra o istiqamətdə addımlar atılacaq”.

Ekspert hesab edir ki, əhali daha çox beşulduzlu hotellərə üstünlük verir:

“Niyə ancaq biz istəyirik ki, maşınla gedib ancaq beşulduzlu hotellərdə qalaq? Təklifim odur ki, turizm şirkətlərinə müraciət eləsinlər. Müraciət etsələr, münasib qiymətə yüksək xidmətli dördulduzlu hotellər tapa bilərlər. Avtomobil sürüb, yanacaq sərf edib, yorulmamaq üçün qrup şəklində də gedə bilərlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin