BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
37796

Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinə xüsusi önəm verir.

Valyuta.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşündə çıxışı zamanı deyib.

"İqtisadi Əməkdaşlıq Təşkilatı ilə uğurlu tərəfdaşlıq münasibətlərimiz mövcuddur və bu əməkdaşlığın turizm, eləcə də turizm təhsili üzrə inkişaf etdirilməsini yüksək qiymətləndiririk. Turizm Azərbaycanda qeyri-neft iqtisadiyyatının prioritet sahələrindən biri hesab edilir. Ölkəmizdə dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət göstərilir. Cənab Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkə turizminin inkişafına hər zaman öz dəstəyini hiss etdirir.

Əsas məqsədimiz Azərbaycanı ən çox ziyarət olunan turizm destinasiyalarından birinə çevirmək, turizmin iqtisadiyyatda payının artmasına nail olmaqdır. Sorğular göstərir ki, Azərbaycana gələn turistlərin əksəriyyəti ölkənin tarixinə, mədəniyyətinə, maddi və mədəni irsinə, təbiətinə, mətbəxinə, qonaqpərvərliyinə heyran olur, eyni zamanda, ölkədən xoş hisslərlə ayrılırlar", - Fuad Nağıyev vurğulayıb.

O deyib ki, bununla yanaşı, turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri də insan resursları və keyfiyyətli kadr potensialının mövcudluğudur. Turizm birbaşa xidmət sahəsi olduğu üçün burada insan resursları amili digər sənaye sahələrindən daha çox rol oynayır.

Fuad Nağıyev qeyd edib ki, Dövlət Turizm Agentliyinin tabeliyində hazırda 3 turizm təhsili ocağı fəaliyyət göstərir:

"Bunların tərkibinə ali təhsil orqanı kimi bir universitet, bir kollec və bir turizm peşə məktəbi daxildir. Ümumiyyətlə isə, ölkəmizdə 17 ali təhsil müəssisəsində turizm ixtisası üzrə təhsil verilir.

Bununla yanaşı, qeyd etmək istəyirəm ki, 30 illik işğaldan sonra azad edilmiş torpaqlarımızda bu yaxınlarda cənab Prezident Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Bu universitetdə turizmlə bağlı da ixtisaslar olacaq.

Hazırda Azərbaycanda turizm sahəsində on minlərlə insan çalışır.

Bununla belə, sənayenin daimi inkişafını nəzərə alaraq, turizm sektorunda yüksək ixtisaslı, yaxşı təlim keçmiş və bacarıqlı kadrlara hər zaman tələbat var. Turizm təhsilinin əsas məqsədi də turizmin bütün alt sahələri üçün lazımi bilik və bacarıqlara malik insan kapitalını təmin etməkdir.

Bu görüş turizm təhsili verən yerli və xarici ali təhsil ocaqlarının bilik və təcrübə mübadiləsinin aparılması baxımından vacib görüşdür. Sabah tədbirin 2-ci günündə qəbul ediləcək “Bakı Bəyannaməsi” ilə bir daha qeyd olunan məqamlar üzrə əməkdaşlığın genişləndirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi öz əksini tapacaq. Mən bir daha bütün üzvləri bu münasibətlə təbrik etmək istəyirəm".

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin