BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
37717

"Tesla"nın "Cybertruck" elektrik pikapı yarış yolunda 400 metrlik düz yarışda benzinlə işləyən "Porsche 911 Carrera" idman avtomobilini ötüb.

HİT.az xəbər verir ki, bu barədə istehsalçının X sosial şəbəkəsindəki (keçmiş Twitter) rəsmi səhifəsində yazıb.

Qeyd edilib ki, noyabrın 30-da "Cybertruck" satışlarının başlanması şərəfinə yeni "Tesla" avtomobilinin imkanlarının nümayişi keçirilib. "Tesla"nın sözlərinə görə, elektrik pikap saatda 0-dan 100 kilometrə cəmi 2,6 saniyəyə sürətlənib.

"Tesla" tərəfindən yayımlanan yarışın videosundan belə görünür ki, elektrikli SUV eyni "Porsche 911 Carrera"nı qoşquda çəkərkən "Porsche"ni qabaqlayıb.

İstehsalçının sözlərinə görə, "Cybertruck" arxada bir tondan çox yük daşıya və beş tona qədər olan obyektləri yedəkləyə bilər. Avtomobilin maksimal sürəti 210 km/saatdır.

Elektrikli avtomobil bir dəfə akkumulyatorla 500 kilometr yol qət edə bilir.

Avtomobil mütəxəssisləri qeyd ediblər ki, elektriklə işləyən pikap avtomobilinin benzinlə işləyən idman avtomobilini ötməsinin videosu yeni məhsulun real imkanlarının nümayişindən daha çox marketinq hiyləsi olub.

"Jalopnik" avtomobil müəllifi Rayan Erik Kinqin fikrincə, "Porsche 911 Carrera" 4 saniyədə 0-dan 100 mil/saat sürətlənərək öz sinfində ən yavaş "Porsche"lərdən biridir. Eyni zamanda, "Cybertruck" rəqibindən 2,2 dəfə güclüdür - müvafiq olaraq 379 at gücünə qarşı 845 at gücü.

"Əgər "Cybertruck"un elektrik mühərrikləri "Porsche 911 Carrera"nı ötüb keçmək üçün kifayət qədər fırlanma anı hasil edə bilməsəydi, mən çox narahat olardım", deyə Kinq qeyd edib.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin