Azərbaycanda nikah müqaviləsinə niyə maraq yoxdur? - RƏY
Deputat Sədaqət Vəliyeva Milli Məclisdə çıxışı zamanı deyib ki, Azərbaycanda nikaha girənlər arasında nikah müqaviləsi bağlayanların sayı çox azdır. O, nikah müqaviləsinin mütləq bağlanmalı olduğunu bildirib:
"Mən keçən il özüm araşdırma apardım və gördüm ki, cəmi iki gənc arasında nikah müqaviləsi bağlanmışdı. Onlar da xaricdə təhsil alıb gəlmiş gənclər idi. Bizdə deyirlər ki, bu məcburi deyil. Əvvəllər nikah üçün tibbi yoxlanışa getmək deyilsəydi, heç kim razı olmazdı. Amma qanunvericiliklə icbari ediləndən sonra hər kəs gedir. İndi nikah müqaviləsi bağlanmasını da məcburi edək? Axı dünyanın heç bir yerində bu, məcburi deyil".
Valyuta.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, Azərbaycanda nigah müqaviləsinin nəyə lazım olduğu barədə hələlik aydın təsəvvür yoxdur. Həmsöhbətimizə görə, bu, maarifləndirmənin aşağı səviyyədə olmasından qaynaqlanır:
“Amma boşanmaların sayının çoxalması istəsək-istəməsək də nigah müqaviləsinə ehtiyac yaradır. Azərbaycanda 100 nigaha 40 boşanma düşürsə, nigah müqaviləsinə də tələbat yaranır. Çünki boşanma zamanı həmin müqavilə lazım olur. Bu istiqamətdə maarifləndirmə səviyyəsi aşağıdır. Əhalinin nigah müqaviləsinin mahiyyəti, məzmunu barədə lazımi məlumatı yoxdur”.
Ekspert deyir ki, nigah üçün müraciət edənlərə ən azı bir ay vaxt verilməlidir:
“Bir ay ərzində onlara nigah müqaviləsi, ailə qayğıları barədə məlumat verilməli, kurs keçilməlidir. Yəni insanları öncədən nigah müqaviləsi barədə məlumatlandırmaq lazımdır”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay