"Son illərin sosial siyasəti yaşlı əhalinin azalması ilə müşahidə olunur" - Ekspert
"Azərbaycan əhalisinin 5.8 faizi 65, 4.7 faizi isə 66 yaşdan yuxarıdır. Bu o deməkdir ki, əhalinin ən yaxşı halda 6-7 faizi pensiya yaşına çatır. Hazırda qadınlar 63.5 yaş, kişilər isə 65 yaşında pensiyaya çıxırlar. Qadınların hesabına pensiya yaşına çatan əhalinin faiz dərəcəsi təxminən 6-7 faiz artır".
Bunu Valyuta.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. Ekspertin sözlərinə görə, 2027-ci ildən sonra qadınlar da pensiyaya 65 yaşdan sonra çıxacaq:
"Bu halda tam olaraq pensiya yaşına çata bilən əhalinin ortalama faiz dərəcəsi 5 faizin ətrafında olacaq. Yəni bu günkü 4.7 faiz təxminən hər iki cinsə aid edildikdə bir qədər aşağı düşəcək. Sahil Babayevin həyata keçirdiyi sosial müdafiə siyasəti 2027-ci ildə öz "bəhəsini" verəcək. Dünyanın inkişaf etmiş ölkələri öz sosial siyasətini bəhrəsi olaraq əhalinin yaşlı katiqoriyasının çoxalması ilə fəxr edir. Azərbaycanda isə bu əksinədir. Son illərin sosial siyasəti ölkədə yaşlı əhalinin azalması ilə müşahidə olunur".
Akif Nəsirli qeyd edir ki, ölkədə hazırda əhalinin "uğurla" cavanlaşması gedir:
“Sosial siyasətimiz elə qurulub ki, biz insanları ahıl yaşına çatmadan əvvəl o dünyaya göndəririk. Ona görə də bu Sahil Babayevin "uğur"u sayıla bilər”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay