Nazir: İlin sonuna qədər ölkədə 100 faiz yüksəksürətli internet təchizatını təmin edəcəyik
Azərbaycan hökuməti ölkənin İKT məhsullarının ixracı üzrə haba çevrilməsi üçün işlər aparır.
Valyuta.az xəbər verir ki, bunu Bakıda keçirilən “İnMerge İnnovasiya Sammiti”nin açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
“İKT məhsullarının ixracı üzrə habla yanaşı, "outsorsing hub", innovasiya habı və biznes habı istiqamətində də tədbirlər görülməlidir. Adətən, biznes habına əhalisi çox olan bir çox ölkələr çevrilir. Amma Azərbaycanda əhalinin az olması, ölkənin dünya okeanına birbaşa çıxışının olmaması səbəbindən bizə innovasiya habına çevrilmək daha sərfəlidir. Bu baxımdan beynəlxalq icmanı da cəlb etməliyik, bunun üçün isə hüquqi bazamız olmalıdır. İnnovasiya habının bir neçə əsas kompanenti var. Bunlar bazara ədalətli çıxışın təmin edilməsi, qanunun aliliyi, mədəniyyətin, müxtəlifliklə bağlı düşüncə tərzinin formalaşması, lazımi infrastrukturun, o cümlədən internetin olmasıdır. Bu ilin sonuna qədər ölkədə 100 % yüksəksürətli internət təchizatını təmin edəcəyik. Həmçinin ali təhsil müəssisələri, investorlar və mələk investorlarla onların sayının artırılması üçün danışıqlar aparırıq. Biz beynəlxalq şirkətlərə müraciət etmişik. Onların əsas tələbləri avtomobil yollarında təhlükəsizlikdir və bunun üçün çalışırıq", - deyə o qeyd edib.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay