Noyb təşkilatı “Meta”ya qarşı: reklamdan azad edəcək abunəçilik...
Avstriyanın məxfilik hüquqlarını müdafiə edən Noyb təşkilatı Meta Korporasiyasına qarşı şikayət edib.
Valyuta.az xəbər verir ki, bu barədə Noyb-un açıqlamasında deyilir. Səbəb Facebook və Instagram sahibinin Aİ-də istifadəçiləri izləmə və reklamdan azad edəcək abunəçilik tətbiq etmək planları olub.
Noyb təşkilatı Avstriyanın məlumatların mühafizəsi orqanı DPA-dan abunənin tətbiqi ilə bağlı Meta tərəfindən mümkün pozuntuları təcili dayandırmağı tələb edir. Onlar şirkətə cərimə tətbiq etməyi də təklif edirlər. Bu, digər əsas oyunçuları Meta-nın məxfilik məsələlərinə dair yanaşmasını izləməkdən çəkindirməlidir, - noyb-un açıqlamasında deyilir.
Noyb istifadəçilərə reklamlara baxmadan və fərdiləşdirilmiş reklam qurmaq üçün izlənilmədən Meta sosial şəbəkələrindən istifadə etməyə imkan verəcək abunə haqqının “heç də mütənasib olmadığını” iddia edir. Bundan əlavə, onlar qeyd edirlər ki, əgər digər proqram istehsalçıları da eyni yanaşmaya malik olsalar, istifadəçilərin məxfiliyini qorumaq üçün xərcləri hədsiz dərəcədə artacaq və bu, bəzi insanlar üçün ildə bir neçə min avroya çata bilər.
“Google-un məlumatına görə, orta hesabla bir insanın smartfonunda 35 proqram quraşdırılıb. Əgər bütün bu proqramlar Meta nümunəsini izləsə və eyni rüsumları tutsalar, insanlar ildə €8,815,80 məbləğində “əsas hüquqlar haqqı” ödəməli olacaqlar. Dörd nəfərdən ibarət bir ailə üçün məlumatların məxfiliyinin qiyməti ildə 35,263,20 avroya qədər yüksələcək - bu, Aİ-də orta tam zamanlı gəlirdən çoxdur”, - təşkilatın bəyanatında deyilir.
Meta sözçüsü Metyu Pollard TechCrunch-a bildirib ki, "insanların reklamsız abunə almaq imkanı istifadəçilərə seçim verməklə Avropa tənzimləyicilərinin tələblərini balanslaşdırır".
"Aİ Ədalət Məhkəməsi öz qərarında açıq şəkildə etiraf etdi ki, elan etdiyimiz kimi abunə modeli reklamla maliyyələşdirilən xidmət üçün etibarlı razılıq formasıdır", - deyə Pollard əlavə edib.
NV Techno-nun yazdığı kimi, keçən ay Meta-nın Aİ-də istifadəçilər üçün pullu abunə təqdim etmək planları haqqında məlumat mediaya sızıb. Abunə haqqı Facebook və Instagram-ın veb versiyasının istifadəçiləri üçün ayda 9,99 avro, iOS və ya Android proqramlarının istifadəçiləri üçün ayda 12,99 avro olacaq. Eyni zamanda, İstifadəçi Hesabı Mərkəzində Facebook və Instagram hesablarını birləşdirməyənlər üçün əlavə ödəniş (veb versiyası üçün ayda 6 avro, iOS və Android istifadəçiləri üçün hər əlavə üçün ayda 8 avro) olacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay