"Sony" maliyyə problemləri səbəbindən konsol istehsalını dayandıra bilər
Oyun sənayesinin lideri olan "Sony PlayStation" bölmənin ləğvi ilə nəticələnə biləcək maliyyə böhranı yaşayır.
Valyuta.az xəbər verir ki, bu barədə ""Ferra portalı yaponiyalı analitik və investor "Okkubbq"a istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Sony" "PlayStation 5" konsollarının satışının uğursuz olduğunu ictimaiyyətdən gizlədib. İddialara görə, hazırda şirkətin anbarlarında 13 milyondan çox satılmamış qurğu qalıb ki, bu da oyunçuların konsola marağının az olmasından xəbər verir.
Bundan əlavə, "Playstation" rəhbəri Cim Rayanın istefaya getməsi xəbərindən sonra "Sony"nin oyun bölməsi yeni baş direktorun adını açıqlamayıb. Bu da ekspertdə şirkətin gələcək strateji inkişaf planları ilə bağlı şübhələr yaradır.
"Okkubbq"un istinad etdiyi şayiələrə görə, "Sony" gəlirli olmadığı üçün oyun bazarından çıxmaq variantını nəzərdən keçirir. İddialara görə, şirkət ümumi maliyyə problemləri ilə üzləşib və onun borcu 30 milyard dollardan çoxdur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay