
Leyli Məmmədova İdarə Heyətinə sədr təyin edilib
“FinEx Kredit” BOKT ASC-nin İdarə Heyətinin sədri dəyişdirilir.
Valyuta.az xəbər verir ki, səhmdarların qərarı ilə Leyli Məmmədova Calal qızı İdarə Heyətinin sədri seçiləcək. O bu vəzifədə Rəşad Rzayev Fəxrətdin oğlunu əvəz edəcək. L.Məmmədova buna qədər İdarə Heyətinin üzvü idi.
Digər dəyişikliklə, BOKT-nin daxili auditoru dəyişdirilib. Belə ki, Faiq Sadıxbəyov bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Müşahidə Şurasının 31 oktyabr 2023-cü il tarixində keçirilmiş iclasında qəbul edilmiş qərara əsasən 1 dekabr 2023-cü il tarixində “Finex Kredit” BOKT ASC-nin Baş ofisində səhmdarların Növbədənkənar Ümumi Yığıncağının keçirilməsi qərara alınıb.
İclasda Nizamnaməyə dəyişiklik; Müşahidə Şurasının tərkibində dəyişiklik və Müşahidə Şurasının formalaşdırılması; Əvvəliki dövr üçün Səhmdarların Ümumi Yığıncağıının və Müşahidə Şurasının protokollarının bəyənilməsi barədə; İdarə Heyətinin formalaşdırılması məsələləri müzakirə edləcək.
“Finex Kredit” BOKT 2013-cü ildən fəaliyətdədir. Onun nizamnamə kapitalında payı olan səhmdarlar bunlardır:
Mirzəyev Xaqan - 32,1% pay
Cəbrayılov Azad - 26,75% pay
Allahverdiyeva Raminə - 16,55% pay
Tağıyeva Şəlalə - 10,1% pay
Şıxəlizadə Tokay - 7,5% pay
Məmmədov Rövşən - 3,6% pay
Şərifov Mobil - 2,3% pay
Tağıyeva Gülnarə - 1,1% pay
© Banker
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay