BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
37181

Mədəniyyət və turizmi ilə dünyanın müxtəlif yerlərindən gələn turistləri qəbul edən Konya möhtəşəm mağaraları ilə də zəvvarların diqqətini çəkir.

Konya-Antalya marşrutu üzərində yerləşən və 1968-ci ildə fransız alimi tərəfindən kəşf edilən 22 kilometr uzunluğundakı Tınaztepe mağarası “təbiət möcüzəsi” olaraq adlandırılır.

Mağaranın sahəsi 1580 metr, döşəmə ilə tavan arasındakı hündürlük bəzi yerlərdə 65 metrə çatır. Mağaranın içərisindəki qalereyalar ziyarətçilərə “vizual ziyafət” təqdim edir.

Mağaranı idarə edən şirkətin baş direktoru Bayram Çelmeli 2004-cü ildən etibarən fəaliyyət göstərdiklərini bildirib.

Mağaranı öz imkanları ilə təchiz etdiklərini bildirən Çelmeli, “Mağaramızın sabit uzunluğu 22 kilometrdir, lakin gəzilə bilən, yəni təchiz olunmuş hissəsi 1580 metrdir. Mağara 1968-ci ildə Fransız alimi Mixail Bakaloviç tərəfindən kəşf edilib və o dövrün alətlərindən istifadə edilməklə rəsmlər çəkilmişdir. Onu digər mağaralardan fərqləndirən cəhəti içərisində daha bir mağara olmasıdır. Xüsusilə yaz aylarında yağış və qar yağıntılarından aşağıya doğru axan su bir mağara yaradır. Zamanla burada stalaktitlər və stalaqmitlərin əmələ gəlməsinə yol açır.”

Hər il minlərlə yerli və xarici zəvvar qəbul edən mağaranın yaşı ilə bağlı məlumat verən Çelmeli qeyd edib: “Mağaranın yaşı 230 milyon il olaraq təyin olunub. Stalaktitlər və stalaqmitlərin hər santimetrinin əmələ gəlməsi üçün 100 il lazımdır. Bu yolla mağaranın yaşını təxmin edə bilərik.”

Çamlık mağaraları

Konyanın Derebucak sərhədləri daxilində yerləşən və 2022-ci ildə milli park elan edilən Çamlık Mağaralarının turizm mərkəzinə çevrilməsi üçün işıqlandırma və avadanlıq işləri tamamlanıb. Mağaranın yerləşdiyi ərazidə torpağın sıldırım olması vəhşi heyvanlar üçün əlverişli yaşayış mühiti yaradır. Gzinti zamanı bölgədə qorunan çöl keçilərinə də rast gəlmək mümkündür.

Beyşehir Mədəniyyət və Turizm Dərnəyi Başçısı Mustafa Büyükkafalı ətrafda müxtəlif ölçülü 20-yə yaxın mağara olduğunu bildirib.

Balatini Mağarasının “Çamlık Mağaraları” adlandırılan mağaraların ən böyüyü olduğunu qeyd edən Büyükkafalı: “Mağaranın xüsusiyyəti ondan ibarətdir ki, 1 kilometrdən sonra inanılmaz gözəl mənzərə ilə qarşılaşacaqsınız. Digər mağaralara nisbətən fərqli formasiyalar görmək mümkündür. İrəlilədikcə inanılmaz gözəllikdə stalaktitlər və stalaqmitlər görəcəksiniz. Bundan əlavə, mağara su ilə doludur, dərhal “cadu qazanı” deyilən suya düşəcəksiniz. Buradan mümkün qədər tez çıxmalısınız və bunun üçün xüsusi avadanlıqlara ehtiyac var. Hazırda bu ərazi turizm məqsədləri üçün istifadə olunur”.

Suluin Mağarası eyni bölgədə, Çamlıkdan 500 metr cənub-qərbdə yerləşir.

Təxminən 25 metr uzunluğunda olan mağaranın girişi su ilə dolu olduğu üçün yanlız qayıqla gəzinti mümkündür. Nəhəng daş bloklar arasında şəlalələr əmələ gətirən su mağaranın 150 metr daxilində böyük bir gölə birləşir. Bu dərin göldə qayıqla gəzmək böyük bir həzzdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Almaniyanın polad sənayesi iflasa uğraya bilər

Çin yüzlərlə "Airbus" təyyarəsi alacaq

Deputata məxsus olduğu deyilən şirkət 10 milyonluq tender uddu

İstanbuldan Gəncə və Naxçıvana aviabiletin qiymətləri məlum oldu

Avtobus sürücülərinə tapşırıq verildi -RƏSMİ

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Azərbaycanda yaxın gələcəkdə çoxmərtəbəli binalara qaz verilməyəcək

Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər

Sabah yağış yağacaq, dolu düşəcək

“Azərlotereya” 2024-cü ildə 92.4 milyon vergi ödəyib®

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb - Qardaşının payı azalıb

Komitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir

Nəsli kəsilmiş quşun bir lələyi 48 min manata satıldı

"Mall"larda parkinq qiyməti qalxdı

Bakıda daha bir məşhur restoran sökülür - VİDEO

Firdovsi Məmmədov icraçı direktor təyin olundu

Universitet müəllimləri də MİQ imtahanı verəcək?

Azərbaycanda ən dərin zəlzələlər bu ərazidə baş verir

Nizami rayonunun icra başçısına yeni müavin təyin olundu - FOTO

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

"WhatsApp"da yeni dövr - İstifadəçilər telefon nömrəsi paylaşmadan yazışa biləcək

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Dərmanlarla bağlı yeni QƏRAR

Səs-küy salan qonşuları hansı cəza gözləyir?

"Meta" atom elektrik stansiyasının fəaliyyətini dəstəkləyəcək

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi

Şifahi tərcümənin görünməyən məqamları

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin