“Süni intellektin inkişafı iş həftəsini üç günə qədər azaltmağa imkan verəcək”
Amerikalı sahibkar, “Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts süni intellektin (AI) inkişafının son nəticədə dünyada iş həftəsini üç günə qədər azaltmağa imkan verəcəyini bildirib.
Valyuta.az xəbər verir ki, o, bu barədə Spotify platformasında “What Now” podkastına verdiyi müsahibədə bildirib.
Süni intellektin iş yerləri üçün təhlükəsi barədə suala isə milyarder cavab olaraq bildirib ki, texnologiyanın inkişafını əmək bazarı üçün təhlükə hesab etmir. O, sadəcə olaraq insanların çox işləmək məcburiyyətində qalmayacaqlarını bildirib:
“Əgər neyron şəbəkələr iş yükünü azaltmağa kömək edəcəksə, bu, yəqin ki, çox yaxşı olacaq”.
Qeyts həmçinin “ChatGPT” çatbotu kimi neyron şəbəkə sistemlərinin dünyanı dəyişəcəyini, süni intellektin isə insanlar üçün ofis işini asanlaşdıracağını qeyd edib.
İş adamı bildirib ki, uzaq gələcəkdə bəşəriyyət bugünkündən az işləməli olacaq. Buna görə də, “Microsoft”un həmtəsisçisi qlobal maliyyə sistemini və vergi qanunvericiliyini dəyişikliklərə uyğunlaşdırmağa çağırıb.
© Yeniavaz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay