Sahibkarlar sığortaya niyə meyil etmirlər?
Yanğın nəticəsində obyektdə iş quran sahiblarlara külli miqdarda ziyan dəyib. İnşaat materialları bazarında baş verən yanğından zərər çəkən sahibkar Əmrah Cəfərov bildirib ki, onun milyon yarım manatlıq malı yanaraq külə dönüb. Bununla yanaşı, həmin sahibkar obyektini sığortalamadığını da qeyd edir: "Sığortamız yoxdur”.
Bu vəziyyət onu göstərir ki, sözügedən ticarət obyektlərində yanğın hadisələrinin tez-tez olmasına rəğmən sahibkarlar hələ də mallarını sığortalamağa meyil etmir.
Görəsən, baş verən yanğın hadisələri fonunda sahibkarlar hələ də mallarını sığortalamağa həvəs göstərmirlər?
İqtisadçı ekspert Fuad İbrahimov Valyuta.az-a açıqlamasında bildirin ki, yaranmış vəziyyət insanların dünyagörüşündə sığortanın vacib olması düşüncəsinin formalaşmaması ilə bağlıdır:
“Hər şeyin institusional dəyəri var. Sığortanın bazar iqtisadiyyatı fəaliyyətinin ayrılmaz hissəsi oduğu hələ də fundamental şəkildə xalqımızın düşüncə tərzinə oturuşmayıb. Bu da sahibkarlar arasında həmin məsələ ətrafında maarifləndirmənin olmaması, yaxud da zəif olmasından irəli gəlir. İnsanlarımız hələ də anlamır ki, sığortasız bazar iqtisadiyyatında həyat yoxdur".
Ekspertə görə, sığorta siyasətinin tətbiqi də düzgün aparılmır:
“Gəlirlərlə xərclər arasında böyük uçurumun olması da sahibkarlara bu fəaliyyəti həyata keçirməkdə çətinlik yaradır. İnsanlar sığortaya ödəməkdən yayındırdığı 3-5 manatı özü üçün qazanc hesab edir”.
Həmsöhbətimizin fikrincə, bir çox obyektlər sığortanın təmin edilə biləcəyi təhlükəsizlik qaydalarına da cavab vermir:
“Elə bazarlar var ki, vətəndaş malını sığorta etmək istəsə də belə, sığortanı həll edən təşkilat təhlükəlilik baxımından buna getməyəcək”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay