İnfrastruktur
23.11.2023 / 11:40
Qarabağın yenidən qurulmasına ayrılan vəsait 9 mlrd. dolları ötəcək – Nazir
37046
Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar sərf edilib. Gələn il üçün 2,4 milyard dollar ayrılması nəzərdə tutulur.
Valyuta.az xəbər verir ki, SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir həmçinin əlavə edib ki, Azərbaycanın birbaşa xarici borcu ÜDM-in 10 faizi civarındadır. Azərbaycanın valyuta ehtiyatları birbaşa xarici borcunu 10 dəfə üstələyir.
“Son 20 ildə ümumi investisiyalar 300 milyard dollardan çox olub, bunun 190 milyard dolları qeyri-enerji sektoruna qoyulub”- Mikayıl Cabbarov əlavə edib.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay