ABŞ-ın çip istehsalçısı rekord gəlir əldə edib
Valyuta.az xəbər verir ki, "Nvidia", balans hesabatını açıqlayıb. Şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 206 faiz artaraq 18,12 milyard dollara çatıb. Bu isə rekord sayılır. Büdcəsini əvvəlki rüblə müqayisədə 34 faiz artıran Nvidia, son hesabata görə 5,93 milyard dollar gəlir əldə edib. Süni intellekt çiplərinə tələbin davamlı artması şirkətin gəlirlərinin artmasında həlledici rol oynayıb.
Bu il "Nvidia"nın gəlirinin 16,18 milyard dollara çatacağı gözlənilirdi. Şirkət son rüb üçün gəlir gözləntisinin 20 milyard dollar olaraq açıqlamışdı. "Nvidia"nın xalis mənfəəti əvvəlki rüblə müqayisədə 49 faiz, illik bazda isə 1259 faiz artaraq 9,2 milyard dolları keçib. Şirkət 2022-ci ilin eyni rübündə 680 milyon dollar xalis mənfəət əldə etdiyini açıqlamışdı. Ötən maliyyə ilinin üçüncü rübündə 0,27 dollar olan səhm üzrə mənfəətin bu dövrdə 3,71 dollara yüksəldiyi bildirilib.
Qiymətləndirmələr barədə şərhində "Nvidia"nın Baş İcraçı Direktoru Yensen Huanq, şirkətin güclü böyüməsinin ümumi təyinatlı çiplərdən sürətləndirilmiş proqramlaşdırmaya və məhsuldar süni intellekt çiplərinə sənaye keçidini əks etdirdiyini bildirib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay