Hələ təqdim olunmamış "Redmi K70e"nin texniki xüsusiyyətləri internetə sızdı
Çinin "Weibo" sosial şəbəkəsində hələ satışa çıxmamış "Redmi K70e" smartfonu barədə məlumatlar dərc edilib.
Valyuta.az xəbər verir ki, büdcə flaqmanı güclü avadanlıq və parlaq ekranla təchiz olunacaq.
Videoya əsasən, "Redmi K70e" 120 Hz təzələmə tezliyi və 1200 nits pik parlaqlığı ilə 2712 x 1220 piksel təsvir ölçülü 6,67 düymlük OLED ekrana sahib olacaq. Qeyd olunur ki, smartfon plastik çərçivə ilə çərçivələnmiş şüşə örtük alacaq. Cihazın qalınlığı 8,09 mm, çəkisi isə təxminən 198 qram olacaq.
"Redmi K70e" 8 meqapiksellik ultra geniş bucaqlı modul və 2 meqapiksellik makro modulla tamamlanan optik sabitləşmə (OIS) dəstəyi ilə 64 meqapiksellik əsas kameradan istifadə edəcək. Ön tərəfdə 16 meqapiksellik selfi kamerası olacaq.
Smartfonun performansını yeni "MediaTek Dimensity 8300" çipi, 16 GB LPDDR5X operativ yaddaş və 1 TB-a qədər daxili UFS 4.0 yaddaşı idarə edəcək. 5500 mAh batareya 90 Vt sürətli şarjı dəstəkləyə biləcək.
Şayiələrə görə, "Redmi K70e" qlobal bazarda "Poco F6 5G" adı ilə satışa çıxarılacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay