Otellərin 866-1800 manat arası dəyişən Yeni il qiymətləri – Bura nə daxil olacaq?
Yeni ilin gəlməsinə bir aydan bir az çox zaman qalıb. Əksər vətəndaşlar və xarici turistlər yeni ili müxtəlif turizm obyektlərində, xüsusi ilə otellərdə keçirməyə üstünlük verir.
Otellər isə indidən həmin gün üçün hazırlıqlara başlayıb.
Bəzi beş ulduzlu otellər isə artıq həmin gün üçün qiymətlərini açıqlayıb.
Valyuta.az bayram ərəfəsində Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən bir sıra hotellərin qiymətlərini araşdırıb. Nəzər yetirsək, görərik ki, həmin otellərdə 2 nəfər üçün nəzərdə tutulmuş qiymətlər 866-1800 manat arası dəyişir. Bu isə ötən illə müqayisədə artım deməkdir.
Bu qiymətlərə isə dekabrın 31-i və 1-i oteldə gecələmə, şou proqram, səhər yeməyi və qala şam yeməyi daxildir. Qiymətlər isə standart otaqlar üçün nəzərdə tutulub.
Yeni ili ölkə daxilində, 5 ulduzlu “Gabala Garden”də keçirtmək 866 AZN-ə başa gələcək. Bu qiymət 2 nəfər üçün 2 gecə nəzərdə tutulub. Bu qiymətə qidalanma kimi səhər yeməkləri, Qala şam yeməyi daxildir.
“Marxal Resort&Spa”da isə iki nəfərlik, 2 gecənin qiyməti 1250 AZN-dir.
Bu qiymətə isə gündə 2 dəfə qidalanma daxildir.
“Qalaaltı” otel isə əsas binada 2 gecə qalmaqla həmin gecəni qeyd etməyi 1420 AZN-ə təklif edir.
Qiymətə isə gündə 3 dəfə qidalanma da daxil olacaq.
“Qafqaz Riverside” isə bu qiyməti 1430 AZN olaraq müəyyən edib.
Qiymətə 2nəfərin 2 gecə oteldə qalması, səhər yeməkləri və Qala şam yeməyi daxildir.
“Basqal Resort&Spa”da isə 2 gecəlik qiymət 2 nəfər üçün 1440 AZN olacaqş Bu qiymətə isə gündə iki dəfə qidalanma daxildir.
“Qafqaz Tufandağ”da 2 gecənin qiyməti 2 nəfər üçün 1476 AZN olacaq.
Səhər yeməkləri və Qala şam yeməyi bu qiymətə daxil olacaq.
“Shahdag Hotel&Spa” isə iki nəfər üçün 3 gecəlik qiyməti 1560 AZN müəyyənləşdirib.
Qiymət paketinə səhər yeməkləri, Qala şam yeməyi daxildir.
Yeni İl günü isə ən bahalı qiyməti “Shabran Wellbeing” təklif edir.
2 nəfər üçün 2 gecənin qiyməti 1800 azn olacaq. Bu qiymətə isə gündə iki dəfə qidalanma daxil olacaq.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay