Aqrar
16.11.2023 / 11:18
Azərbaycan pomidorunun ixracı azalıb
36568
2023-cü ilin ilk 10 ayında Azərbaycandan 126 milyon 81 min dollar dəyərində 113 319 ton pomidor ixrac olunub.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8%, miqdar ifadəsilə 1.4% azalıb.
2022-ci ilin ilk 10 ayında Azərbaycandan 137 milyon 140 min dollar dəyərində 114 908 ton pomidor ixrac olunmuşdu.
1 ton pomidorun orta ixrac qiyməti 1193 dollardan 1113 dollara düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay