Sənaye
16.11.2023 / 10:08
Azərbaycan neft məhsullarının ixracını 34% artırıb
36558
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 517 652,6 min ABŞ dolları dəyərində 835 986,02 neft məhsulları ixrac edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilərdə bildirilib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24%, həcmi isə 34% artıb.
Xatırladaq ki, ötən il Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay