Latun çubuqlara dair dövlət standartı qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ГОСТ 2060:2023 “Latun çubuqlar. Texniki şərtlər” dövlət standartı qəbul edilib.
Valyuta.az məlumatına görə, bu standart əlvan metallardan hazırlanan çubuqların keyfiyyətinə və təhlükəsizliyinə məcburi tələbləri müəyyənləşdirmək məqsədilə sahə üzrə aidiyyəti mütəxəssislərin rəyləri nəzərə alınaraq işlənib hazırlanıb.
Standart, həmçinin yerli xammal resurslarından, xüsusi ilə də əlvan metalların xammal ehtiyatları və qırıntılarından daha səmərəli istifadə etməklə müasir standartlara uyğun rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalına və ixrac potensialının artırılmasına töhfə verəcək.
Dövlət standartı hazırlanarkən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay