78 tibb müəssisəsində laborator müayinələrin aparılması avtomatlaşdırılıb
78 tibb müəssisəsində 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırılıb, laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb.
Valyuta.az xəbər verir ki, bunu "Ulu öndər Heydər Əliyev ilinə həsr olunmuş icbari tibbi sığorta çərçivəsində xəstəxana idarəetməsi" mövzusunda seminarın açılış mərasimində TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, Türkiyədə keçirilən “İcbari tibbi sığortanın tətbiqində xəstəxanaların idarə edilməsi” təlimlər iştirakçıların bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində mühüm yer tutur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev isə deyib ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlamazdan əvvəl təcrübəsindən faydalandığımız ilk ölkələrdən biri Türkiyə Cümhuriyyəti olub:
“Çünki Türkiyə Azərbaycan üçün ən yaxın müttəfiq və strateji tərəfdaş olmaqla yanaşı, bu sahədə zəngin təcrübəsindən yararlana biləcəyimiz qardaş ölkədir. Məqsəd bu sahədə böyük uğurlar əldə etmiş Türkiyə təcrübəsindən faydalanaraq Azərbaycanda səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təşkil etməkdir:
“Digər məqsəd əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir. Agentlik ilə Ankara Universiteti arasında imzalanan “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində ötən il ümumilikdə 27 dövlət tibb müəssisəsinin rəhbər heyəti Ankarada keçirilən təlimlərdə iştirak edib. Daha çox xəstəxana rəhbərini təlimlərə cəlb etmək məqsədilə Bakıda təşkil edilən 4 günlük təlimdə dövlət tibb müəssisələrindən 60 nəfər iştirak edəcək”.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay