"Huawei" smartfonları "Android" proqramları üçün dəstəyi itirəcək
Çinin İT nəhəngi "Huawei" şirkəti özünün mobil əməliyyat sistemi "HarmonyOS Next"in "Android" proqramlarını dəstəkləməyəcək yeni versiyasını təqdim etməyə hazırlaşır.
Valyuta.az xəbər verir ki, bu barədə “IT-Home” məlumat yayıb.
"Android" proqramlarını tamamilə ləğv etmək üçün "Huawei" istifadəçilərə müqayisə olunan miqdarda alternativ məzmun təklif etməlidir. Onu yaratmaq üçün satıcı "NetEase", "Meituan", "ByteDance", "DingTalk" və başqaları kimi digər Çin İT şirkətlərini fəal şəkildə cəlb edir.
"IT-Home"un məlumatına görə, sadalanan bütün təşkilatlar yeni "Huawei OS" üçün proqram təminatı hazırlaya bilən proqramçılar tapmaq üçün artıq vakansiyalar açıb. Müraciət edənlərə bazar orta səviyyəsindən yüksək əmək haqqı təklif olunur.
Bəzi şirkətlər artıq "HarmonyOS Next"in təqdimatına hazırlaşıblar. Məsələn, "Tongcheng Travel" tətbiqinin 2023-cü ilin sonuna qədər yeni OS üçün yerli dəstək alacağını bildirib. "HarmonyOS Next" üçün "Tongcheng Trave" versiyası mövcud funksiyaların tam dəstini alacaq. Yəni təyyarə və qatar biletləri almaq, turlar seçmək, otellər bron etmək mümkün olacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay