BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
36359

Dövlət büdcəsinin parametrləri bir sıra fərziyyələrə və sosial-iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq proqnoz edilir. 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş məlumatlara əsasən, növbəti ildə ölkə iqtisadiyyatında makroiqtisadi çərçivənin əlverişli olacağı, iqtisadi artım, məqbul inflyasiya, profisitli tədiyyə balansı və sabit məzənnənin olacağı nəzərdə tutulub. Eyni zamanda, baza kimi istifadə olunan makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasında “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji məqsədlər üzrə hədəfləri nəzərə alınıb. Aparılan qiymətləndirmələr baza ssenaridə əsas şərtlər yerinə yetiriləcəyi təqdirdə makroiqtisadi çərçivənin reallaşacağını deməyə imkan verir.

Valyuta.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, 2024-cü il üçün dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunan sənədlərdə bir sıra yeniliklər tətbiq edilib, keyfiyyətin artırılması istiqamətində addımlar atılıb, Hesablama Palatasının tövsiyələri nəzərə alınıb. İlk dəfə olaraq, məqsədli proqram və tədbirlərə dair ayrıca sənəd büdcə sənədləşməsinə daxil edilib. Proqramlılıqla bağlı məlumatlar əsasən maliyyə xarakterli olub. Proqramlılığa dair qabaqcıl təcrübədə maliyyə xarakterli göstəricilərlə yanaşı, qeyri-maliyyə xarakterli (səmərəlilik göstəriciləri) məlumatlar da yer alır.

“Dövlət proqramlarının maliyyə təminatı hər bir icraçı qurumun xərclərində ayrıca göstərilmir. Hesab edirik ki, sahə nazirlikləri üzrə proqramlılıqla bağlı xərclərin uçot və hesabatlılığının gücləndirilməsinə, eyni zamanda proqramlar üzrə xərclərin büdcələşməsi meyarlarına dair metodoloji bazanın təkmilləşdirilməsinə zərurət mövcuddur. Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşdirilməsi istiqamətində görülmüş tədbirlərə və əvvəlki dövr üzrə çağırışların ortamüddətli dövrdə aktuallığına dair məlumatların verilməsini, fiskal risklərlə bağlı əvvəlki illərə nisbətən qiymətləndirilmənin artırılmasını müsbət addımlara aid edə bilərik. Bu sahədə aparılan hesablamalara əsasən, 2022-ci ildə icmal büdcə xərclərinin 82 faizi DİM-lərin maliyyələşdirilməsi ilə əlaqəli olub. Lakin büdcə sənədləşməsində proqnozlaşdırılan dövr üçün aidiyyəti məlumatlara rast gəlinmir. Bu sahədə işlərin davam etdirilməsini, ölkənin ən vacib strateji sənədinin tədbirlərinin DİM-lər üzrə büdcə işarələnməsinə uyğun olaraq proqnoz məlumatların Zərfdə əks etdirilməsini təklif edirik”,-deyə V.Gülməmmədov bildirib.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin